PREZİDENT İLHAM ƏLİYEVİN 20 İLLİK FƏALİYYƏTİ TARİXİN ƏN QÜDRƏTLİ AZƏRBAYCANINI ƏRSƏYƏ GƏTİRİB
Gündəm / Siyasət
Oxunub: 21
20 дек 2023 | 18:11
PREZİDENT İLHAM ƏLİYEVİN 20 İLLİK FƏALİYYƏTİ TARİXİN ƏN QÜDRƏTLİ AZƏRBAYCANINI ƏRSƏYƏ GƏTİRİB

Dünyadakı bütün azərbaycanlılar üçün bu gün gerçəkdən, böyük qürur günüdür. Mübaliğəsiz-filansız, bu gün biz yalnız Şuşanın yox, həm də xalqımızın təzədən doğulduğu günün ilk ildönümünü böyük iftixar və sevinclə qeyd etdik. O xalq ki, düşmənin “miatsum” arzusunu, “məğlubedilməz ordusu”nu cəmi 44 gündə çilik-çilik etdi. Ermənistana və onun gizli-açıq havadarlarına öz yerini göstərdi, əməllicə dərs verdi.30 illik işğal dövründə İrəvan və havadarları çox çalışdılar ki, bizi işğalla, ərazi itkisi ilə, ikinci saxta “erməni dövləti”nin varlığı ilə barışdırsınlar. Bizi halal və qanuni torpaqlarımızdan soyutsunlar. Bunun üçün hansı oyunlardan çıxmadılar.Ancaq bacarmadılar. Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini, potensialını hesablaya bilmədilər. Biz yenə o torpaqlara qayıtdıq. Bu dəfə əbədi. Çünki təcavüzkar və onu himayə edənlər unutmuşdular ki, bir ordunu məğlub eləmək olar, ancaq xalqa qalib gəlmək mümkün deyil!Elə də oldu. Xalq yumruq kimi öz Ali Baş Komandanının ətrafında birləşərək işğala cəmi ayarıma son qoydu. İşğalçıları iti qovan kimi torpaqlarımızdan qovdu. Doğrudur, şəhidlərimiz, qazilərimiz oldu. Ancaq erməni tərəfi qat-qat çox canli, maddi və mənəvi itki verdi.Ən əsası, düşmənin özündənrazı, qalib ədası həmişəlik sındırıldı, erməni faşizminin başı əzildi. Erməni lobbisi layiqli dərs aldı. “Dənizdən-dənizə Böyük Ermənistan” planları darmadağın edildi, “status məsələsi” tarixin zibilliyinə atıldı.Vətən müharibəsindəki qələbəmizi, Şuşanın qurtuluşunu reallaşdıran sözsüz ki, şanlı Ordumuz oldu. Ancaq əlbəttə ki, bu qələbənin memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bir strateq olaraq, o, torpaqlarımızın azadlığı, Vətən müharibəsi üçün olduqca əlverişli zaman kəsiyi seçməyi, mürəkkəb bölgəmizdə proseslərin nəbzini tutmağı, optimal regional və beynəlxalq şərtləri təmin etməyi, o sırada Ermənistanın 1 nömrəli strateji müttəfiqi Rusiyanın neytrallığını təmin etməyi bacardı. 27 sentyabr 2020-ci ilədək bir çoxlarının, eləcə də mənfur ermənilərin mümkünsüz saydığını məhz İlham Əliyev mümkünə çevirdi! Dövləti, xalqı, ordunu, iqtisadiyyatı illərlə, səbirlə qələbəyə hazırladı. Əsgərimizlə bərabər hərb meydanında, eyni zamanda diplomatiya, informasiya və təbliğat meydanlarında qeyri-bərabər qüvvələrə qarşı, beynəlxalq ermənipərəst çevrələrə və paytaxtlara və onların güclü təbliğat maşınına qarşı 44 gün, yorulmadan, gecə-gündüz döyüşərək Böyük Zəfərimizin hərbi-siyasi-diplomatik əsaslarını təmin etdi. Üstəlik, “Ermənistan” adlı tarixi torpaqlarımıza - Qərbi Azərbaycana dönüş üçün güclü ideoloji zəmin yaratdı...Təşəkkürlər, Ali Baş Komandan! Təşəkkürlər, Azərbaycan əsgəri! Şanlı Qələbən mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!..
Cənab Ali Baş Komandan, İgid Əsgər, ey Azərbaycanın şanlı qəhrəman oğlu, hörmətli cənab Prezident. Sizi doğum günü münasibətilə təbrik edir, bu çətin, şərəfli işdə uğurlar arzulayıram. Onu bilin ki, bütün xalq bir yumruq kimi Sizin ətrafınızda birləşib. Çünki Siz Azərbaycanın yeni şanlı tarixini yaratdınız. Bu xalqın şərəf və ləyaqətini özünə qaytardınız.
Uca Tanrı Azərbaycanı və Sizi qorusun!
Вчера, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
Вчера, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Вчера, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
Вчера, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
Вчера, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
Вчера, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
Вчера, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
Вчера, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
Вчера, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Вчера, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
Вчера, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
Вчера, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
Вчера, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
1-05-2024, 16:13
Yeni nazir onları işdən çıxardı
1-05-2024, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
1-05-2024, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
1-05-2024, 14:11
Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?
1-05-2024, 13:14
Ramin Məmmədovun deputat mandatı ləğv edilir - Boşalan yerlərin sayı 10-a ÇATIR
1-05-2024, 12:15
Prezident TDT-yə üzv dövlətlərin dini rəhbərləri qəbul edib - FOTO
1-05-2024, 11:31
Builki qabiliyyət imtahanları keçən ildən fərqli olacaq - DİM-dən AÇIQLAMA
1-05-2024, 11:01
Azərbaycan lideri: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik
1-05-2024, 10:20
İlham Əliyev Forumun açılışında iştirak edir - Canlı
1-05-2024, 09:44
Bu gündən sağlamlıq haqqında arayışlar elektron formada verilir
1-05-2024, 09:07
Günün qoroskopu: işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin
1-05-2024, 08:37
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
30-04-2024, 15:22
Göyçayda atasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
30-04-2024, 14:30
Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var