“8-ci kilometr” bazarında `DÜNYANN 8-Cİ MÖCÜZƏSİ...` - 8 manatlıq “dana əti”
Gündəm / Sosial
Oxunub: 27
27 дек 2023 | 09:56
“8-ci kilometr” bazarında `DÜNYANN 8-Cİ MÖCÜZƏSİ...` - 8 manatlıq “dana əti”


Dəfələrlə ölkə ərazisində mənşəyi məlum olmayan heyvan ətlərinin satışı ilə rastlaşmışıq.

Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələ ilə bağlı qabaqlayıcı tədbirlər görür, mənşəyi məlum olmayan heyvan ətlərini satmaq istəyən şəxsləri yaxalayır, məsuliyyətə cəlb edir. Amma bəzi işbazlar hələ də ölmüş heyvan, uzunqulaq ətlərini rayonlardan yığaraq ucuz qiymətə xüsusi alverçilərə satır. Məlumata görə, həmin ətlər paytaxt ərazisindəki dönərxana və ucuz kafelərə də satılır.

Bakının “8-ci kilometr” bazarındakı ət bazarında müşahidə apardıq. Bazarın ət satışı cərgəsindəki mənzərə heç də ürəkaçan deyil, elə antisanitar şəraitdə fəaliyyət göstərən ət cərgəsində satılan ətlərin vəziyyəti də. Ətlərin harda kəsilib gətirildiyi də məlum deyil.

Ən maraqlı məsələ isə burada satılan ətlərin qiymətidir. Məlumdur ki, 1 ildən çoxdur ölkədə mal ətinin qiyməti 14-15 manat arasıdır. Sümüksüz mal ətinin qiyməti isə 16-18 manatdan ucuz deyil. “8-ci kilometr” bazarında isə rast gəldiyimiz qiymətlər adamı diksindirir.

Ət satılan ilk piştaxtaya yaxınlaşanda satıcı dərhal qarşımı kəsərək, “əmoğlu, bir dənə ətə bax, kişmişdi e...” dedi və piştaxtanın üstündən sallanan ətləri yelləməyə başladı: “Bir saatdı kəsmişəm, hələ buxarı üstündədir. Gəl bura, elə qiymət deyəcəm ki, başqasına baxmayacaqsan. 90 kiloluq danadır, rayon heyvanı, yağlı. Nəyə istəyirsən and içim, bazarda belə ət tapa bilmərsən. Təmiz yağdı, öz yağında bişəcək”.

Satıcının dediyi “kişmiş ət”in rəngi sapsarı idi. Satıcı elə qiymət dedi ki, həqiqətən də inanmırsan ki, bazarda o qiymətə ət ola: “Bax, səhər 9 manata satdığım ətdi, sənə 8 manata verəcəm. Ətə söhbət yoxdu, körpə danadı. Neçə kilo çəkim?”

Satıcının bu “endirim” qiymətindən sonra dərhal başqa piştaxtaya yaxınlaşmaq istəyəndə bu dəfə 55-60 yaşlı kişi yolumuzu kəsir. Bu satıcı da bəndənizi öz piştaxtasına çəkərək “bazarın ən ucuz əti məndədir” deyib reklama başladı: “Bərdə heyvanıdır. Mən başqa yerdən heyvan almıram, özüm gətirib kəsirəm, tanıdığım adamın fermasındandı. Bir dəfə ət alsan, həmişə məndən alacaqsan, başqa yerə getməyəcəksən. Nömrəmi də verirəm, pis ət olsa zəng edərsən. Sümüyü də maksimum çıxarmışam”.

Bu satıcıdan da ətin qiymətini soruşuram. Qiymət dəyişmir. Dediyinə görə, səhər ətin kiloqramını 9 manata satıb, indi isə 8 manata qədər “endirim” edəcək.

Satıcıdan belə ucuz qiymətin səbəbini soruşanda isə cavabı bu oldu: “Bilirəm, qiyməti ucuz olduğuna görə almaq istəmirsən. Hər yerdə ətin qiyməti 14-15 manatdı. Mən özüm gətirirəm heyvanı, ona görə ucuz satıram. Əhalini nəzərə almaq lazımdı. Camaatda pul yoxdu, ona görə ucuz satıram. Həm də bizim bazarda hamı ucuz satır deyə, rəqabət var”.

Qarşıma çıxan daha bir piştaxtada müştəri axtarmayan satıcıya yaxınlaşıb onda satdığı ətin qiymətini soruşuram. Satıcı ağızucu “10 manat 50 qəpik” deyib yenə işinə davam edir. Niyə bu ətin qiymətinin digərlərindən baha olduğunu soruşanda isə satıcı “demək ki fərq var ətdə” dedi. Onu da dedi ki, ucuz olan ətlər hamısı qoca inəklərdir: “Mən isə rayondan cavan danalar gətirirəm, baha satıram. Ətin fərqinə də bax, göz qabağındadır”.

Qeyd edim ki, bütün piştaxtalardakı ətlərin üzərində baytarlıq möhürü var. Maraqlı məqam odur ki, həmin ətlərin sağlam kəsim olmasını hansı baytarlıq labaratoriyası təstiqləyir, necə təstiqləyir və hansı əsasla möhür vurur? Kiloqramı 8 manata satılan ətin hansı keyfiyyətindən danışmaq olar? Şəhərin ən tanınmış ticarət mərkəzlərindən olan bu bazarda bu cür şəraitə göz yumanlar hansı məqsədi güdür?(“Yeni Müsavat”)
Сегодня, 14:34
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
Сегодня, 14:06
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB
Сегодня, 13:08
Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır
Сегодня, 12:28
Paşinyanın Putinin andiçmə mərasiminə getməyəcəyi dəqiqləşdi
Сегодня, 10:50
Bu rayonların işığı SÖNƏCƏK
Сегодня, 10:09
“Eurovision 2024”ün rəsmi açılış mərasimi olub
Сегодня, 09:31
ABŞ institutu: Ukrayna cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər
Сегодня, 09:04
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
3-05-2024, 16:25
Gürcüstan olayları – Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ
3-05-2024, 15:47
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
3-05-2024, 15:06
Böyük güclərin TOQQUŞMA MEYDANI – Gürcüstan vətəndaş qarşıdurmasına sürüklənir?
3-05-2024, 14:24
Bakıda kişi özünü küçədə yandırdı
3-05-2024, 12:37
Azərbaycanda "Analar Günü" təsis oluna BİLƏR
3-05-2024, 12:10
Peter Mixalko: Aİ-nin Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir
3-05-2024, 11:22
Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi
3-05-2024, 10:37
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları azad olunan ərazilərə səfər edib
3-05-2024, 10:03
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 09:29
Bu gün Bakının 2 rayonunda qaz olmayacaq
3-05-2024, 09:05
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
2-05-2024, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
2-05-2024, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
2-05-2024, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
2-05-2024, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
2-05-2024, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
2-05-2024, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
2-05-2024, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
2-05-2024, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ