Qeyb və qeybə iman gətirmək nə deməkdir?
Gündəm / Sosial
Oxunub: 34
8 янв 2024 | 08:13
Qeyb və qeybə iman gətirmək nə deməkdir?


Sual: Quranın Bəqərə surəsinin 3-cü ayəsindəki "bəndələrin idrakına sığmayan hər növ fakt" kimi tərif verilən "qeybə iman etməyin" əhəmiyyəti nədir? Nə üçün idrakımıza sığmayan və ya bütövlükdə qavraya bilmədiyimiz bir şeyə iman etməyimiz tələb olunur? Allah bununla nəyi tələb edir? Biz bu ayəni necə başa düşməliyik?

Biz Bəqərə surəsinin ilk ayələrinə belə məna veririk:

"Əlif, Lam, Mim. Kitab budur. Onda şübhəyə yer yoxdur. Allahdan çəkinənlər üçün yol göstərəndir. Çəkinənlər səmimiyyətlə (daxilən) inanan, namazı doğru-düzgün qılan və onlara verdiyimiz ruzidən xeyirxahlıq edənlərdir". (Bəqərə, 2/1-3)

Ayənin bütöv tərcüməsi bu formadadır: "Çəkinənlər o qeybdə (əl-qeyb) inanırlar. Yəni, imanları öz qeyblərindədir". Öz qeybləri başlarının bilmədiyi, ancaq özlərinin bildikləri şey deməkdir. Bu da onların ürəyidir.

Qeyb hislərlə dərk edilə bilməyənə deyilir. İki növ qeyb var: Biri qeybi-mütləqdir. Onu Allahdan başqa heç kəs bilməz. Digəri isə qeybi-izafidir. Bəzi kəslər onu bilir, bəziləri isə bilmirlər. İnsanın daxilində olan başqaları üçün qeybdir. İman isə qəlb ilə təsdiq etməkdir. Ürəkdəki təsdiqdən başqalarının xəbəri olmur. Ona görə də bu, qəlbdə olan bir təsdiqdir. Elə isə: "Çəkinənlər qeybdə inanırlar", - deməyin mənası budur. Bunun Azərbaycan dilinə düzgün tərcüməsi: "Çəkinənlər daxilən inanırlar", - formasında olmalıdır. Daxilən inanmadığı halda, özünü iman gətirmiş (imanlı) kimi göstərib təqdim edənlər də var. Onlar münafiqlərdir. Onlar haqqındakı hökmlərə bir neçə ayədən sonra yer veriləcək.

Qeyb gözlə görülə bilməyəcək səviyyədə qapalı (örtülü) şeyə deyilir. Bu barədə ətraflı məlumat üçün Rağib Əl-İsfahaninin Müfrədat lüğətinə baxa bilərsiniz. İman ürəkdə olduğuna görə qeybdə olur. Ürəkdəki bəzi şeyləri ağlın gözü ilə (bəsirət) görmək mümkündür, amma bundan əmin olmaq mümkün deyil. Çünki ürəkdə olanlar gizlədilə bilər. Həqiqətən də, Mədinə şəhərində özünü mömin kimi göstərən elə münafiqlər (ikiüzlü, riyakar) var idi ki, peyğəmbərimiz Muhəmməd (s. a. v.) bunun fərqinə vara bilmirdi. (Tövbə, 9/101)

Allah elçilərini (peyğəmbərlər) bir yerə cəm edəcəyi vaxt onlardan belə soruşacaq: "Gördüyünüz işin müqabilində nə qazandınız?". Onlar da cavabında: "Biz bilmirik, qeybləri Sən bilirsən", - deyəcəklər. (Maidə, 5/109)

İnsanın mömin olub olmadığını mələklər də qəti surətdə bilə bilməzlər. Onlar da ürəyə deyil, insanın ağzından çıxan şeylərə və gördüyü işlərə baxa bilərlər. Allah Təala belə buyurur:

"İnsanı biz yaratdıq. Nəfsinin ona nə vəsvəsə etdiyini Biz bilirik. Biz ona şah damarından da yaxınıq. İki qəbuledici mələk oturub sağdan və soldan qəbul edirlər. Ağzından bir söz çıxan kimi dərhal yanında hazır bir müşahidəçi olur". (Qaf, 50/16-18)

Axirətdə Allahdan başqa heç bir kəsin şəfaət edə bilməməyinin səbəbi də budur. Allah deyir:

"Onun dərgahında şəfaət edəcək kəs kimdir? Onun izni ilə olsa, başqa. O, onların qabağında olanı da bilir, qarxalarında olanı da!". (Bəqərə, 2/255)

Əqidələrə təzyiq göstərməyin qeyri-mümkün olmağının səbəbi də budur. Buna görə də Quranda: "Dində məcburiyyət yoxdur", - deyilib. (Bəqərə, 2/256)) Allah imanda qətiyyət məsələsini şərt kimi irəli sürür və belə buyurur:

"Məlumatın olmayan şeyə kor-koranə tabe olma. Qulaq, göz və ürək... Bütün bunlar ondan məsul hesab ediləcək". (İsra, 17/36)

Biz qeybə deyil, şəhadətə, yəni, ağlın gözü ilə qəti surətdə gördüklərimizə iman edirik. "Əşhədu ənnə Muhəmmədən abduhu va rasuluh (Mən şahidlik edirəm ki, Muhəmməd Allahın bəndəsi və elçisidir)", - deməyimizin səbəbi də budur. Çünki onun elçilik (peyğəmbərlik) vəsiqəsi olan Quranı başa düşən hər insan bunu ağlının gözü ilə görür. Kafirlərə cəza verilməyinin səbəbi qətiyyət meydana gəldikdən sonra nümayiş etdirdikləri səhv rəftarlardır.

"Düzgün yol özü üçün açıq-aşkar məlum olduqdan sonra kim o elçidən ayrılsa və möminlərin yolundan başqa bir yola düşsə, onu öz yolunda qoyub Cəhənnəmə dürtərik. Nə pis hala düşməkdir bu!". (Nisa, 4/115)
3-05-2024, 16:25
Gürcüstan olayları – Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ
3-05-2024, 15:47
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
3-05-2024, 15:06
Böyük güclərin TOQQUŞMA MEYDANI – Gürcüstan vətəndaş qarşıdurmasına sürüklənir?
3-05-2024, 14:24
Bakıda kişi özünü küçədə yandırdı
3-05-2024, 12:37
Azərbaycanda "Analar Günü" təsis oluna BİLƏR
3-05-2024, 12:10
Peter Mixalko: Aİ-nin Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir
3-05-2024, 11:22
Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi
3-05-2024, 10:37
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları azad olunan ərazilərə səfər edib
3-05-2024, 10:03
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 09:29
Bu gün Bakının 2 rayonunda qaz olmayacaq
3-05-2024, 09:05
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
2-05-2024, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
2-05-2024, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
2-05-2024, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
2-05-2024, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
2-05-2024, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
2-05-2024, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
2-05-2024, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
2-05-2024, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
2-05-2024, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
2-05-2024, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
2-05-2024, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
2-05-2024, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
2-05-2024, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
1-05-2024, 16:13
Yeni nazir onları işdən çıxardı
1-05-2024, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
1-05-2024, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib