İmsakda da, iftarda da...
Gündəm / Cəmiyyət
Oxunub: 20
12 мар 2024 | 08:58
İmsakda da, iftarda da...

Bəllidir ki, Ramazanda oruc tutarkən qida rejimimiz dəyişir. Buna uyğun olaraq maddələr mübadiləmiz də yeni rejimə uyğunlaşmağa çalışır. Bu ayı sağlam keçirmək üçün isə imsakda da, iftarda da riayət etməli olduğumuz qaydalar var.

Qida gigiyenasına diqqət yetirin. İftarda ard-arda yemək yeməyin, qidalanmanızı iftarla sahur arasındakı zamanda 2 dəfəyə tamamlayın. Səhərlər mütləq sahur edin. Yeyərkən tələsməyin, qidanı kifayət qədər çeynəmək əsas şərtlərdəndir. Yəni yeməklərinizi tez yeməkdən çəkinin, yavaş-yavaş və yaxşıca çeynəyərək yeyin.

Qida menyumuzda müxtəliflik və bolluq olmalıdır. Bədənimizin qidası üçün günəş işığını da unutmayın. Çalışın pəncərəsi açıq otaqda imsak və iftar edəsiniz. Evinizi tez-tez havalandırın.

Bu mövzu barədə türkiyəli professor Murat Ünalacakın məqaləsini təqdim edirik:

Ramazanda duz istehlakını azaltmağa çalışın. Maye istehlakını artırın və aktiv həyat tərzinə keçin. Bu, maddələr mübadiləsinin yavaşlamasının qarşısını alacaq. Aktiv həyat tərzi həm də xəstəliklərə güc gəlmək üçün təsirli metoddur. Tədqiqatlar göstərir ki, 16 saata qədər oruc tutmaq diabetdən əvvəlki mərhələdə insulin müqavimətini azaldaraq sağalmağa kömək edir.

Xüsusilə yeməklərin təmizliyinə və kifayət qədər daxili temperaturda bişirilməsinə diqqət yetirin.

Unutmayın ki, bişirmə üsulları da vacibdir. Əsasən, qaynadılmış və buxarda bişmiş sağlam üsullarla hazırlanan yeməkləri seçin.

Oruc tutarkən kifayət qədər və balanslı qidalanmaq həm müqavimətinizi artıracaq, həm də Ramazan ayını sağlam çəki itirərək başa vurmağınıza imkan verəcək. Əks halda, özünüzü yorğun hiss edə və hətta arzuolunmaz çəki qazana bilərsiniz.

Bir anda böyük porsiyalar yerinə iftardan sonra fasilələrlə kiçik porsiyalarla yeyin. Sahur yeməyinizi qaçırmayın, mütləq edin.

İftara pendir, pomidor və zeytun, yaxud şorba kimi yüngül yeməklərlə başlayıb 10-15 dəqiqə sonra az yağlı ət, tərəvəz yeməyi və ya salatla davam edə bilərsiniz. Həm enerji verən, həm də qan şəkərini sürətlə yüksəldən qidalar - ağ çörək, düyü plovu, qızardılmış kartof kimi qidaların yerinə, bulqur plovu, tam buğda çörəyi və ya tam buğdalı makaron və s. seçin.

Həm imsakda, həm də iftarda südlü, və ya meyvəli desertləri yeyə bilərsiniz. 2-3 xurma və bir stəkan süd də yaxşı alternativdir.

İftarla sahur arasında susuzluq hiss etməsəniz də tez-tez su için. İftardan 1-2 saat sonra evdə yüngül məşqlər etmək həzmi yaxşılaşdıracaq.(Qafqazinfo)
Вчера, 16:54
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə - İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH
Вчера, 16:22
Paşinyan: Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir
Вчера, 15:59
“COP29 qarşıdurma arenası olmayacaq”
Вчера, 15:20
İlham Əliyevlə Olaf Şolts mətbuat konfrası keçirdi - Video
Вчера, 14:39
Taksimdəki terroru törədən şəxsə 1794 il həbs cəzası verildi
Вчера, 14:03
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü başladı
Вчера, 13:40
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - Foto
Вчера, 12:41
Qərbin puç olan ÜMİDLƏRİ – Sülhməramlıların Qarabağdan çıxarılması hansı planları POZDU?
Вчера, 12:08
İlham Əliyev Berlindəki tədbirdə çıxış edib - VİDEO
Вчера, 11:32
Ermənistan və Azərbaycan XİN başçılarının görüş tarixi RAZILAŞDIRILIR
Вчера, 10:56
Ağdamdakı Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini DAYANDIRIR
Вчера, 10:39
Azərbaycandakı Çernobıl əlillərinin SAYI
Вчера, 09:48
Bu məktəblərə şagird qəbulunda YENİLİK
Вчера, 09:22
Çin XİN başçısı: Ukraynadakı müharibənin daha da genişlənməsi riski var
Вчера, 08:50
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
25-04-2024, 18:28
ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir
25-04-2024, 16:38
Prezidentlər birgə nahar etdilər
25-04-2024, 16:17
Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL
25-04-2024, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
25-04-2024, 14:53
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
25-04-2024, 14:24
Azərbaycanın ilk ombudsmanı vəfat edib
25-04-2024, 14:00
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
25-04-2024, 12:27
Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN
25-04-2024, 12:03
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
25-04-2024, 11:31
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
25-04-2024, 10:31
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
25-04-2024, 09:54
Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb