Paşinyan 4 kəndi Azərbaycana verməyə hazırlaşır - Erməni deputat
Gündəm / Siyasət
Oxunub: 12
13 мар 2024 | 10:20
Paşinyan 4 kəndi Azərbaycana verməyə hazırlaşır - Erməni deputat

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransı ölkədə geniş əks-səda doğurub. Xüsusilə də onun mətbuat konfransında Azərbaycanın 4 eksklav olmayan kəndi (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) barədə açıqlaması ciddi rezonansa səbəb olub.

Hazırda Ermənistanın Tavuş rayonunun tərkibində olan işğal edilmiş həmin kəndlərdən danışan Paşinyan deyib: “Ermənistan ərazisində heç vaxt belə adda kəndlər olmayıb”.

Ermənistan KİV-ləri və siyasətçilər bugünkü açıqlamalarında bildiriblər ki, Nikol Paşinyan bununla həmin kəndlərin Azərbayacan məxsus olduğunu deyib.
Baş nazir bununla da bildirib ki, İrəvan qismən delimitasiyaya getməyə hazırdır, prosesin Tavuş rayonundan başlayacağını istisna etmir.

“Paşinyan Bağanis Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Alma-Ata bəyannaməsinə əsasən, de-yure Ermənistan ərazisində olmadığını açıqlayıb”, - “Hraparak" yazıb.

Parlamentin “Hayastan” fraksiyasının üzvü Qarnik Danielyan isə bildirib ki, Paşinyanın dediklərindən belə güman edilir ki, həmin 4 yaşayış məntəqəsinin Azərbaycana verilməsini sərhədlərin delimitasiyasının başlanğıcı hesab etmək olar:

“Birinci mərhələdə delimitasiya adı altında həmin 4 kəndi təhvil verir. O deyəndə ki, biz Tavuş rayonundan heç bir kəndi Azərbaycana vermirik, dolayısı ilə həmin 4 kəndi Tavuşun bir hissəsi saymır, manipulyasiya edir, deyir ki, bunlar Ermənistanın deyil, Azərbaycanındır və sərhədin delimitasiyasl zamanı onları geri verməli olacağıq”.


Adı çəkilən nəşr etiraf edir ki, əslində həmin 4 kənd 90-cı illərdən erməni tərəfinin nəzarətindədir. Gürcüstandan Ermənistana gələn dövlətlərarası yol, qaz xətti o kəndlərin yanından keçir.

“Paşinyan deyib ki, əgər Ermənistan kommunikasiyaları əldə edilmiş razılaşmalara əsaslanan hüdudları aşarsa, o zaman onlar Ermənistanın de-yure ərazisindən keçməsi üçün yenidən qurulmalıdır”, - deyə “Hraparak” baş nazirdən sitat gətirib.

Bu kontekstdə Paşinyan qeyd edib ki, Aşağı Əskipara problemlidir. O, xəritədə izah edib ki, dövlətlərarası yolun bir hissəsi Azərbaycandır və əslində ondan yan keçmək üçün yeni yollar çəkilməlidir.

“Biz nəyisə kəsmirik, amma dəqiq görürük ki, yolun bir hissəsi Voskepar (Əskipara) kəndində de-yure xətti keçir, sonra yenidən Ermənistan Respublikasının ərazisinə daxil olur. Əvvəllər müzakirələrdə elə bir fon var idi ki, harda yol varsa, məsələni belə həll etməliyik: yolun o hissəsini saxlayıb, başqa yerdən ona bərabər olan hissəni verməliyik. Sonra belə qənaətə gəldik ki, bunu etmək lazım deyil, çünki bu, əlavə qeyri-müəyyənliklər yaradır”, - Paşinyan bildirib.

“Hraparak” yazır ki, dünənki mətbuat konfransında Paşinyan Azərbaycanın tələb etdiyi 4 kəndin taleyinin necə olacağından xüsusi danışsa da, Ermənistanın esklavı olan Başkənd (ermənilər Gədəbəydəki bu kəndə Artsvaşen deyirlər-red.) barədə geniş açıqlama verməyib.

“O, çıxış edərkən Ermənistanın 29800 kvadrat kilometrlik xəritəsinin maketini göstərdi. O, xəritə ilə yanaşı, vaxtaşırı kiçik bir parça da göstərirdi: Azərbaycandakı erməni esklavı olan şərti Artsvaşen. Əgər Bakı Ermənistandakı esklav kəndlərin qaytarılmasını tələb edərsə, o zaman erməni tərəfi də Artsvaşeni tələb edəcək. Bununla belə, Paşinyan Artsvaşenin adını çəkməyib”, - qəzet yazıb.
Вчера, 16:25
Gürcüstan olayları – Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ
Вчера, 15:47
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
Вчера, 15:06
Böyük güclərin TOQQUŞMA MEYDANI – Gürcüstan vətəndaş qarşıdurmasına sürüklənir?
Вчера, 14:24
Bakıda kişi özünü küçədə yandırdı
Вчера, 12:37
Azərbaycanda "Analar Günü" təsis oluna BİLƏR
Вчера, 12:10
Peter Mixalko: Aİ-nin Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir
Вчера, 11:22
Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi
Вчера, 10:37
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları azad olunan ərazilərə səfər edib
Вчера, 10:03
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Вчера, 09:29
Bu gün Bakının 2 rayonunda qaz olmayacaq
Вчера, 09:05
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
2-05-2024, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
2-05-2024, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
2-05-2024, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
2-05-2024, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
2-05-2024, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
2-05-2024, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
2-05-2024, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
2-05-2024, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
2-05-2024, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
2-05-2024, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
2-05-2024, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
2-05-2024, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
2-05-2024, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
1-05-2024, 16:13
Yeni nazir onları işdən çıxardı
1-05-2024, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
1-05-2024, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib