Stoltenberqin Qafqaz SƏFƏRİ və Putinin üçüncü dünya müharibəsi MESAJI
Gündəm / Siyasət
Oxunub: 12
19 мар 2024 | 14:37
Stoltenberqin Qafqaz SƏFƏRİ və Putinin üçüncü dünya müharibəsi MESAJI


NATO-nun baş katibi Yens Stoltenberq Cənubi Qafqazda səfərdədir. O, əvvəlcə Bakıya gəlib, sonra Tbilisiyə, ardınca İrəvana səfər edib. Yens Stoltenberqin səfər çərçivəsində Bakıda 3 mühüm görüş keçirib. O, öncə Prezident İlham Əliyevlə sonra xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla danışıqlar aparıb.

Ekspertlər deyir ki, üç postsovet ölkəsində aparılan danışıqlar Moskva ilə qarşıdurma şəraitində NATO-nun əlaqələrini gücləndirməyə hesablanıb. Moskvanın isə əsas diqqəti Stoltenberqin İrəvanda keçirdiyi görüşlərə yönəlib. Rusiya mətbuatında dərc edilən məqalələrin birində deyilir ki, Stoltenberqin Bakıda və Tbilisidə əsas vəzifəsi bu ölkələrin Qərblə münasibətlərindəki problemləri yumşaltmaq idisə, İrəvanda onun missiyası başqa olacaq. Belə ki, NATO rəsmisi Ermənistanın Rusiyanın nəzarətində olan təhlükəsizlik sistemindən çıxmasına şərait yaratmaq üçün danışıqlar aparacaq.

NATO-nun baş katibinin bazar günü başlayan Azərbaycan, Gürcüstan və Ermənistan turu Rusiyada prezident seçkilərinin başa çatması və Vladimir Putinin alyansla münasibətlərin gələcəyi ilə bağlı yeni açıqlaması ilə eyni vaxta təsadüf edib. Jurnalistlərin yeni müddətə yenidən seçilməsindən sonra Rusiya ilə NATO arasında genişmiqyaslı münaqişənin nə dərəcədə mümkün olması ilə bağlı sualını cavablandıran Vladimir Putin etiraf edib ki, belə radikal ssenarini istisna etmək olmaz.

Cənubi Qafqazın üç dövləti ilə qarşılıqlı fəaliyyət strategiyası keçən həftənin sonunda Brüsseldə alyansın 2023-cü il üçün hesabatında Cənubi Qafqaza dair bölmənin yer aldığı hesabatda təqdim edilib. Sənəddə qeyd olunur ki, NATO bu ölkələrin dövlət başçıları və nazirləri, diplomatları və vətəndaş cəmiyyəti ilə fəal qarşılıqlı əlaqəni davam etdirir. "NATO bu üç tərəfdaşın hər birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və suverenliyinə dəstəyini ifadə edib", - hesabatda deyilir.

NATO baş katibinin Bakı səfərinin arxasındakı məqamlar barədə Modern.az-a danışan irlandiyalı tarixçi və politoloq Patrik Uolş səfərin tarixi əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, NATO-nun Cənubi Qafqazda hansı məqsədi güddüyü bəlli deyil.

"Amma Azərbaycan Cənubi Qafqazda NATO-nun etibarlı tərəfdaşı ola bilər. Bunun üçün bir çox səbəblər var. NATO-nun ən güclü dövlətlərindən olan Türkiyənin Azərbaycanla ciddi əlaqələri var. Bu da imkan verir ki, Azərbaycanla da ciddi münasibətlər qurulsun. Digər tərəfdən bəzi diqqət edilməli olan məqamlar var. Belə ki, Cənubi Qafqazda Gürcüstan bir zamanlar NATO-nun ciddi dəstəksizliyi ilə yadda qalıb. Gürcüstan NATO tərəfindən pis aldadılıb və 2008-ci ildə Qərbin Rusiya ilə üzvlük ərizəsi ilə bağlı hər hansı münaqişədə onu dəstəkləyəcəyinə inanması nəticəsində biabırçı məğlubiyyətə uğrayıb.

Digər diqqət çəkilən məqam Ukraynadır. Ukrayna daha çox Qərb tərəfindən dəstəklənirdi, lakin NATO tərəfindən çox ağır bədəl ödəməli olub. Yenə görünür ki, tam başa çatana qədər NATO ilə əlaqədə olanlara məhdud yardım dərəcəsi mövcuddur. Amma Cənubi Qafqazda dövlət xadimliyinin keçmiş tarixi onu deməyə əsas verir ki, Bakı NATO ilə Türkiyənin üzvlüyünə görə faydalı olan anlaşmalar var”.
Вчера, 16:54
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə - İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH
Вчера, 16:22
Paşinyan: Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir
Вчера, 15:59
“COP29 qarşıdurma arenası olmayacaq”
Вчера, 15:20
İlham Əliyevlə Olaf Şolts mətbuat konfrası keçirdi - Video
Вчера, 14:39
Taksimdəki terroru törədən şəxsə 1794 il həbs cəzası verildi
Вчера, 14:03
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü başladı
Вчера, 13:40
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - Foto
Вчера, 12:41
Qərbin puç olan ÜMİDLƏRİ – Sülhməramlıların Qarabağdan çıxarılması hansı planları POZDU?
Вчера, 12:08
İlham Əliyev Berlindəki tədbirdə çıxış edib - VİDEO
Вчера, 11:32
Ermənistan və Azərbaycan XİN başçılarının görüş tarixi RAZILAŞDIRILIR
Вчера, 10:56
Ağdamdakı Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini DAYANDIRIR
Вчера, 10:39
Azərbaycandakı Çernobıl əlillərinin SAYI
Вчера, 09:48
Bu məktəblərə şagird qəbulunda YENİLİK
Вчера, 09:22
Çin XİN başçısı: Ukraynadakı müharibənin daha da genişlənməsi riski var
Вчера, 08:50
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
25-04-2024, 18:28
ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir
25-04-2024, 16:38
Prezidentlər birgə nahar etdilər
25-04-2024, 16:17
Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL
25-04-2024, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
25-04-2024, 14:53
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
25-04-2024, 14:24
Azərbaycanın ilk ombudsmanı vəfat edib
25-04-2024, 14:00
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
25-04-2024, 12:27
Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN
25-04-2024, 12:03
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
25-04-2024, 11:31
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
25-04-2024, 10:31
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
25-04-2024, 09:54
Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb