NATO-dan Qazaxın kəndlərinin qaytarılmasına REAKSİYA
Gündəm / Dünya
Oxunub: 9
22 апр 2024 | 12:01
NATO-dan Qazaxın kəndlərinin qaytarılmasına REAKSİYA


NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Azərbaycan və Ermənistan arasında normallaşmanı alqışlayıb.

Bu barədə o, X-də paylaşım edib.

"Sərhədin delimitasiyası üçün əsas sənəd kimi 1991-ci ildəki Alma-Ata bəyannaməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında razılaşmanı dəstəkləyirik. İki ölkənin ərazi bütövlüyünün tanınması başlıca prinsipdir. Baş katib Yens Stoltenberqin bölgəyə səfərində dediyi kimi, NATO normallaşma səylərini tam dəstəkləyir", - Kolomina qeyd edib.

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər:

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.

Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.

Görüşün nəticəsində protokol imzalanmışdır. Növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçı qaydada razılaşdırılması qərara alınıb.
Сегодня, 16:25
Gürcüstan olayları – Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ
Сегодня, 15:47
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
Сегодня, 15:06
Böyük güclərin TOQQUŞMA MEYDANI – Gürcüstan vətəndaş qarşıdurmasına sürüklənir?
Сегодня, 14:24
Bakıda kişi özünü küçədə yandırdı
Сегодня, 12:37
Azərbaycanda "Analar Günü" təsis oluna BİLƏR
Сегодня, 12:10
Peter Mixalko: Aİ-nin Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir
Сегодня, 11:22
Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi
Сегодня, 10:37
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları azad olunan ərazilərə səfər edib
Сегодня, 10:03
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Сегодня, 09:29
Bu gün Bakının 2 rayonunda qaz olmayacaq
Сегодня, 09:05
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Вчера, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
Вчера, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Вчера, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
Вчера, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
Вчера, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
Вчера, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
Вчера, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
Вчера, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
Вчера, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Вчера, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
Вчера, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
Вчера, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
Вчера, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
1-05-2024, 16:13
Yeni nazir onları işdən çıxardı
1-05-2024, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
1-05-2024, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib