DİN-dən kibertəhlükəsizliklə bağlı - Müraciət
Gündəm / Sosial
Oxunub: 48
14 май 2024 | 12:28
DİN-dən kibertəhlükəsizliklə bağlı - Müraciət


Daxili İşlər Nazirliyi ( DİN) Kiberdələduzluqla bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.

Qurumun mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev vətəndaşların sosial şəbəkələrdə məruz qaldığı dələduzluq halları ilə bağlı suallara aydınlıq gətirib və vətəndaşlara müraciət edib, faktları sadalayıb.

“Vətəndaşlar, dayanın! Kiber talamaya məruz qalma riskləri gündən-günə artır! Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın. Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb.

Şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməyin. Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın.

Kiber cinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub. Təkcə ötən gün - mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.

Faktların təhlili göstərir ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb”, - DİN rəsmisi bildirib.
Сегодня, 07:59
Xudafərin körpüsünün işğaldan azad olunmasından dörd il ötür
Сегодня, 07:39
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Вчера, 16:46
Vilayət Eyvazov vacib tapşırıqlar verdi - Video
Вчера, 16:18
Küləklə bağlı daha bir xəbərdarlıq
Вчера, 15:56
Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirib
Вчера, 15:31
Naxçıvanda erkən nikahın qarşısı alındı
Вчера, 14:23
"3+3" formatı - regional müzakirələr meydanı, əməkdaşlığa doğru addımlar - ŞƏRH
Вчера, 13:44
Bakıda torpaq SÜRÜŞMƏSİ
Вчера, 13:21
Ermənistan BCM üzvü kimi öhdəliyini yerinə yetirməli, Gəncə terrorunu araşdırmalıdır - ANALİZ
Вчера, 13:07
Bakıda hansı bələdiyyələrin birləşdiriləcəyi məlum olub - SİYAHI
Вчера, 11:05
Bakıda su üzərindən yol çəkilir - Video
Вчера, 10:36
Tovuzda şərab zavodu yanır - Foto - Yenilənir
Вчера, 10:00
SARA TV-nin təsisçisi dünyasını dəyişdi
Вчера, 09:36
Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video
Вчера, 09:22
Füzuli Şəhəri Günüdür
Вчера, 08:59
Növbəti Gəncə terrorundan 4 il ötür
16-10-2024, 17:53
"Greencard Azerbaijan"ın direktoru hakim qarşısına çıxarıldı
16-10-2024, 17:12
Qeyri-etik paylaşımlar edən tiktoker həbs edildi - Foto
16-10-2024, 16:35
Casusluğu sübuta yetirildi - 16 il cəza aldı
16-10-2024, 15:30
“Budyo Qlimt” - “Qarabağ” matçının biletləri satışda
16-10-2024, 15:04
“Durov və Sebanın həbsi insan haqlarının pozuntusudur”
16-10-2024, 14:31
Beytulla Hüseynovun qızı 7 il sonra - Əmlakları geri istəyir
16-10-2024, 13:28
Lisey əməkdaşları qəzaya düşdü - 5 yaralı
16-10-2024, 12:40
Prezident bu qanun layihəsini parlamentin müzakirəsinə təqdim etdi
16-10-2024, 12:28
Mübariz İbrahimovun atası vəfat etdi
16-10-2024, 11:50
Araqçı Türkiyəyə səfər edəcək
16-10-2024, 11:26
11-ci sinif şagirdi intihar etdi