Almaniyalı politoloq: “Ermənilərin yeganə çıxış yolu Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamaqdır”
Siyasət
Oxunub: 76
30 янв 2023 | 13:37
“Vaxtı ilə İrəvanın Ermənistan-Azərbaycan münaqişəsi məsələsində mövqeyi və güclü dəstəyi olsa da, lakin Rusiya-Ukrayna münaqişəsindən sonra bu mövqe zəifləməyə başlayıb. O zaman Qərbdə milli azlıqların öz müqəddəratını təyin etməsi və dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün toxunulmazlığı məsələsində ciddi fikir ayrılıqları var idi. Amma Rusiyanın Ukraynaya ərazi iddiası ilə çıxış etməsi Qərbin milli azlıqlara öz müqəddəratını təyin etmək məsləsi arxa plana keçdi. Qərb dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün pozulmamasını qəbuledilməz prinsip kimi qəbul etməyə başladılar”.

Bunu Almaniyadan olan politoloq Aleksandr Rar erməni mediasına açıqlamasında deyib.

O qeyd edib ki, bu baxımdan da yaranmış mövcud vəziyyət Ermənistan üçün çox çətin və mürəkkəbdir: “Bu gün artıq Qərb beynəlxalq hüquqa əsasən Azərbaycanın mövqeyini dəstəkləməkdədir”.

Qərbin Cənubi Qafqaz siyasətinə toxunan politoloq deyib ki, bu gün Qərbin əsas məqsədi Rusiya və İranı Cənubi Qafqazda sıxışdırıb çıxarmaq, Ermənistan-Azərbaycan münaqişəsindən daha vacibdir: “Söhbət Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaqdan, İranı təcrid etməkdən gedir. Ona görə də Qarabağ ermənilərinin müdafiəsi Qərbin maraqlarına cavab vermir”.

Rar onu da bildirib ki, Avropa bu gün enerji təhlükəsizliyi baxımından Azərbaycandan asılıdır: “Son illər Bakının ünvanına edilən bütün tənqidlərə baxmayaraq, Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşına çevrilir. Enerji təhlükəsizliyi sahəsində tərəfdaş kimi onlara lazımdır. Avropanın enerji sabitliyinə ehtiyacı var, Azərbaycan bunu Türkiyə ilə birlikdə təmin edə bilər”, - deyə politoloq bildirib.

Ermənistanın yaranmış vəziyyətdən çıxış yoluna və Türkiyə ilə münasibətlərinə gəldikdə Aleksandr Rar deyib ki, Ermənistan Rusiya və İran arasında yeni müttəfiqliyə inteqrasiya etməli və ya Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışmalıdır: “Bu cür cəhdlər Ermənistanda artıq edilib, baxmayaraq ki, mənəvi və tarixi baxımdan çox çətindir. Amma zamanında İkinci Dünya müharibəsindən sonra almanlar da belə bir problemlə üzləşdi. Çox çətin idi, lakin diplomatiya yolu ilə problemin həllinə nail olundu və qonşuları ilə normal münasibətlər quraraq sülh şəraitində yaşamalı oldu. Ermənistan da bunu etməlidir. Böhrandan çıxmağın yeganı yolu budur. Çünki geosiyasi vəziyyət Ermənistanın xeyrinə deyil. Ya əbədi olaraq Azərbaycan, Türkiyə ilə münaqişə, konfrantasiyada ya da diplomatik yolla üzləşdiyi problem həll edib sülh şəraitində yaşamalıdır. Hesab edirəm ki, düzgün yol nə qədər çətin olsa da, diplomatik həll yolu tapıb, sülh şəraitində yaşamaqdır”.
Сегодня, 15:47
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
Сегодня, 15:06
Böyük güclərin TOQQUŞMA MEYDANI – Gürcüstan vətəndaş qarşıdurmasına sürüklənir?
Сегодня, 14:24
Bakıda kişi özünü küçədə yandırdı
Сегодня, 12:37
Azərbaycanda "Analar Günü" təsis oluna BİLƏR
Сегодня, 12:10
Peter Mixalko: Aİ-nin Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir
Сегодня, 11:22
Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi
Сегодня, 10:37
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları azad olunan ərazilərə səfər edib
Сегодня, 10:03
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Сегодня, 09:29
Bu gün Bakının 2 rayonunda qaz olmayacaq
Сегодня, 09:05
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Вчера, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
Вчера, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Вчера, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
Вчера, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
Вчера, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
Вчера, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
Вчера, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
Вчера, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
Вчера, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Вчера, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
Вчера, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
Вчера, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
Вчера, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
1-05-2024, 16:13
Yeni nazir onları işdən çıxardı
1-05-2024, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
1-05-2024, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
1-05-2024, 14:11
Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?