İlham Əliyev Roma Papasını təbrik edib
Siyasət
Oxunub: 144
13 мар 2023 | 11:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-müqəddəsləri,

Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda uzun illərdən bəri davam edən fəal və səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk. Ölkəmizin Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin göstəricisi və Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrinin inkişafına verdiyimiz önəmin bariz təzahürüdür.

Multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Əsrlər boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani göstəricisidir.

Ölkəmizin Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyur və bunun dünya mədəni irsinin, zəngin incəsənət xəzinəsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə, eləcə də mədəniyyətlərarası dialoqa töhfə verəcəyinə inamımı ifadə edirəm.

Zati-müqəddəsləri, mən Sizin Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişaf etdirilməsində və möhkəmləndirilməsində, səmimi dialoqumuzun genişləndirilməsində xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Azərbaycandakı multikultural mühit və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkür edirəm.

İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında ümumbəşəri dəyərlərin təşviqi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlıq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm".
26-04-2024, 16:54
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə - İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH
26-04-2024, 16:22
Paşinyan: Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir
26-04-2024, 15:59
“COP29 qarşıdurma arenası olmayacaq”
26-04-2024, 15:20
İlham Əliyevlə Olaf Şolts mətbuat konfrası keçirdi - Video
26-04-2024, 14:39
Taksimdəki terroru törədən şəxsə 1794 il həbs cəzası verildi
26-04-2024, 14:03
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü başladı
26-04-2024, 13:40
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - Foto
26-04-2024, 12:41
Qərbin puç olan ÜMİDLƏRİ – Sülhməramlıların Qarabağdan çıxarılması hansı planları POZDU?
26-04-2024, 12:08
İlham Əliyev Berlindəki tədbirdə çıxış edib - VİDEO
26-04-2024, 11:32
Ermənistan və Azərbaycan XİN başçılarının görüş tarixi RAZILAŞDIRILIR
26-04-2024, 10:56
Ağdamdakı Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini DAYANDIRIR
26-04-2024, 10:39
Azərbaycandakı Çernobıl əlillərinin SAYI
26-04-2024, 09:48
Bu məktəblərə şagird qəbulunda YENİLİK
26-04-2024, 09:22
Çin XİN başçısı: Ukraynadakı müharibənin daha da genişlənməsi riski var
26-04-2024, 08:50
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
25-04-2024, 18:28
ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir
25-04-2024, 16:38
Prezidentlər birgə nahar etdilər
25-04-2024, 16:17
Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL
25-04-2024, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
25-04-2024, 14:53
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
25-04-2024, 14:24
Azərbaycanın ilk ombudsmanı vəfat edib
25-04-2024, 14:00
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
25-04-2024, 12:27
Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN
25-04-2024, 12:03
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
25-04-2024, 11:31
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
25-04-2024, 10:31
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
25-04-2024, 09:54
Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb