Bakının şərtləri qəbul edilməzsə, o zaman bu, qaçılmaz olacaq - AÇIQLAMA
Siyasət
Oxunub: 118
14 мар 2023 | 09:58
Ermənistan sülh müqaviləsindən müxtəlif bəhanələrlə boyun qaçırıb, Cənubi Qafqazı böyük güclər arasında mübarizə meydanına çevirməklə ciddi təhlükələrə yol açır.

Bunu açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, İrəvanın bu təhlükəli oyunundan nəticə etibarı ilə ən itirən tərəf elə Ermənistan və erməni xalqı olacaq.

“Azərbaycan sülh müqaviləsi ilə bağlı aydın mövqeyi var və bu ortadadır. Bizim üçün Qarabağ məsələsi bitib. Kimlərinsə bu məsələdən siyasi konyukturasına imkan verilməyəcək.

Gündəlikdə Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya məsələsi var və bu istiqamətdə də addımlar atılmaqdadır. Bu da Azərbaycanın daxili işidir və hər hansı digər ölkənin bu məsələyə müdaxilə etməsinə imkan da verilməyəcək. Artıq Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin reinteqrasiya məsələsi ilə bağlı Bakıya Prezident Administrasiyasında görüş keçirməyə dəvət edib. Bu da öz müsbət həllini tapacaq. Onlar onilliklər boyu separatçıların girovluğundan azad olub, indikində qat-qat yaxşı vəziyyətdə yaşamalı olacaqlar”, - o qeyd edib.

Deputatın deyib ki, Ermənistan Cənubi Qafqazı geopolitik rəqabət məkanına çevirməkdənsə, bölgədə dayanıqlı sülhün əldə olunması istiqamətində konkret addımlar atsa, yaxşı olar: “Cənab Prezident X Qlobal Bakı Forumunda da çıxışı zamanı bəyan etdi ki, Ermənistan müstəqil ölkə statusunu itirib və beynəlxalq vasitəçilər İrəvanın konstruktiv yola gəlməsinə çalışmalıdırlar.

Amma son günlərdə biz Ermənistanın istər Azərbaycanla sərhəddə, istərsə də rus hərbi kontingentinin nəzarətində olan ərazilərdə gərginliyin artırmaq istiqamətində təxribat xarakterli hərəkətlərini və fəaliyyətlərini müşahidə etməkdəyik. Azərbaycan ermənilərin təxribat cəhdlərinin qarşısını yerindəcə qarşısını alacaq. Əgər Qarabağdakı separatçılar Bakının şərtlərini qəbul etməzsə, o zaman Azərbaycan Konstitusiyasının tələbləri işə düşməli olacaq. Azərbaycanın Xankəndidəki separatçı, terrorçuların nazı ilə oynamaq niyyəti yoxdur. Biz istəyirik ki, nəhayətində, Rusiya 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra edib, müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərini bu separatçı və terrorçulardan təmizləməlidir. Rusiya üzərinə düşən missiyanı icra etməyəcəksə, təbii ki, o zaman Azərbaycan Konstitusiyasının tələblərinin işə düşməsi, qaçılmaz olacaq. Azərbaycan mövqeyində və onu həyata keçirməkdə israrlıdır”.
Вчера, 16:25
Gürcüstan olayları – Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ
Вчера, 15:47
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
Вчера, 15:06
Böyük güclərin TOQQUŞMA MEYDANI – Gürcüstan vətəndaş qarşıdurmasına sürüklənir?
Вчера, 14:24
Bakıda kişi özünü küçədə yandırdı
Вчера, 12:37
Azərbaycanda "Analar Günü" təsis oluna BİLƏR
Вчера, 12:10
Peter Mixalko: Aİ-nin Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir
Вчера, 11:22
Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi
Вчера, 10:37
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları azad olunan ərazilərə səfər edib
Вчера, 10:03
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Вчера, 09:29
Bu gün Bakının 2 rayonunda qaz olmayacaq
Вчера, 09:05
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
2-05-2024, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
2-05-2024, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
2-05-2024, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
2-05-2024, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
2-05-2024, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
2-05-2024, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
2-05-2024, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
2-05-2024, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
2-05-2024, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
2-05-2024, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
2-05-2024, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
2-05-2024, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
2-05-2024, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
1-05-2024, 16:13
Yeni nazir onları işdən çıxardı
1-05-2024, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
1-05-2024, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib