Ermənistan müharibəyə cəhd etsə... - NƏ ETMƏLİ?
Siyasət
Oxunub: 68
27 янв 2023 | 15:30
Ararat Mirzoyanın Avropa Parlamenti Xarici Əlaqələr Komitəsində çıxışı zamanı Laçın dəhlizi məsələsinin hərb yolu ilə həll edilə bilməsi haqqındakı fikirləri tamamilə reallıqdan uzaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.

Ekspert qeyd edib ki, Mirzoyanın səsləndirdiyi “müharibə ehtimalının” üç variantı ola bilər:

“Birincisi, Ermənistanın dəhlizi öz gücünə açmasıdır; ikincisi, bunu əvvəl olduğu kimi, Rusiya sülhməramlılarından tələb etmələridir; üçüncüsü isə bölgəyə beynəlxalq koalisiya qüvvələrinin yeridilməsidir.
İlk olaraq onu qeyd edim ki, Ermənistanın Azərbaycanla hərbi qarşıdurmaya davam gətirəcək gücü yoxdur. Stokholm Sülh İnstitutunun araşdırmalarına görə, Azərbaycan hələ 2019-cu ilədək təxminən 20 milyard dollar dəyərində silah əldə edib və son üç il ərzində isə dövlətimizin 10 milyard dollar civarında silah-sursat aldığı təxmin olunur. Bəhs edilən rəqəmlər Ermənistanın nəinki hərbi büdcəsindən, hətta dövlət büdcəsindən dəfələrlə artıqdır. Üstəlik əhali potensialı və əsgərlərin döyüş əhval-ruhiyyəsi də nəzərə alınmalıdır. Ötən ilin sentyabr toqquşmasında və ondan əvvəlki nümunələrdə olduğu kimi, ilk qarşıdurmada Ermənistan darmadağın ediləcək.

Rusiya sülhməramlılarından dəhlizin açılmasının tələb olunması da iki məqama görə ağlabatan deyil. Birincisi, sülhməramlıların ümumiyyətlə mülki əhaliyə qarşı silah tətbiq etmək mandatı yoxdur. Sülhməramlıların silah gəzdirmə və onlardan istifadə hüquqları çox məhduddur. Çünki onlar adətən yüngül silahlardan istifadə edə bilər. Ərazimizə müvəqqəti yerləşdirilən sülhməramlıların isə pulemyot daşıması, əraziyə tankların yerləşdirilməsi qəbul edilmiş beynəlxalq qanunlara ziddir. Sülhməramlılar əllərindəki yüngül silahlardan yalnız onlara hücum edildikdə müdafiə üçün istifadə edə bilərlər. Verilən cavab isə adekvat olmalıdır. Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilən iki min nəfərlik sülhməramlıları toqquşmada tərəf olsalar, onlar özləri də bir növ girova çevrilə bilərlər. Digər tərəfdən, fikrimcə, Rusiya beynəlxalq diqqəti özündən yayındırmaq üçün Cənubi Qafqaz və digər regionlarda münaqişə ocaqlarının qalmasında maraqlı olsa da, burada birbaşa hərbi münaqişəyə cəlb olunmaq istəməz.

Sırf Laçın yolu ilə bağlı hansısa beynəlxalq koalisiyanın formalaşması isə utopikdir. Ermənistanın çox arzuladığı Kosova ssenarasinin regionda tətbiqi isə hazırki məqamda real görünmür”.

Turab Rzayev Azərbaycanın Ermənistana qarşı ərazi iddiasının olmadığını, yalnız 10 noyabr Üçtərəfli Bəyanatının şərtlərinin yerinə yetirilməsini tələb etdiyini vurğulayıb:

“Mirzoyanın guya Azərbaycanın eksterritorial ərazi tələbi haqqında sözləri də ağ yalandır. Biz sadəcə 10 noyabr bəyanatından irəli gələn haqlarımızı tələb edib, nəqliyyat yolu istəyirik. Azərbaycanın Ermənistana qarşı heç bir torpaq iddiası yoxdur. Üçtərəfli Bəyanatın 6-cı maddəsində Laçın yolunun təhlükəsizliyinə Azərbaycanın məsuliyyət daşıdığı vurğulanıb. Lakin bəyanatın 9-cu maddəsində Ermənistanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidi təmin etməli olduğu təsbit edilib. Yəni Ermənistan bizə maneə törədə bilməz. Bayaq qeyd etdiyim kimi, rəsmi İrəvan bununla bağlı üzərinə öhdəlik götürüb”.

Siyasi şərhçi Ermənistanın sürətlə silahlandığını, lakin arada olan güc fərqinə görə, açıq şəkildə müharibəyə girməyəcəyini düşündüyünü qeyd edib:

“Silahlanma məsələsinə gəldikdə isə, bildirmək istəyirəm ki, Ermənistan hazırda fərqli marşrutlar üzərindən Qərb silahları əldə etməyə çalışır. ABŞ və Fransa öz qoyduqları embarqo səbəbindən Ermənistana birbaşa silah sata bilmədikləri üçün bunu Hindistan, İordaniya və Bolqarıstan kimi ölkələrin üzərindən həyata keçirirlər. Bəhs etdiyimiz metod isə yeni deyil. Ermənistan beynəlxalq səviyyədə qanunsuz silah və narkotik dövriyyəsində aktiv iştirak edir. Ermənistanın Azərbaycan qədər silahlanmaya və hərbi infrastruktura sərf edəcək maliyyə vəsaiti yoxdur, eyni zamanda silah ala biləcəyi ölkələrin sayı da məhduddur. Bizim Türkiyə və İsraildən aldığımız silahlar qarşısında Ermənistan ordusunun qalib gəlmək şansı yoxdur. Çünki Qərbin yüksək səviyyəli silahlarına əlləri çatmır və yalnız Hindistan kimi ölkələrdən prototip silahlar almağa çalışırlar. Eyni zamanda erməni diasporunun Polşa üzərindən Ukrayna üçün verilən PUA-ları qaçırıb Ermənistana göndərdikləri haqqında məlumatlar da var. Ermənistan İrandan da silah və PUA-lar alır. Əlbəttə, bütün sadaladıqlarımız ölkəmiz üçün təhdiddir. Lakin genişmiqyaslı bir müharibə üçün bunlar kifayət deyil. Ona görə də Ermənistanın yeni müharibədən qaçacağını düşünürəm”.
Вчера, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
Вчера, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Вчера, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
Вчера, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
Вчера, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
Вчера, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
Вчера, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
Вчера, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
Вчера, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Вчера, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
Вчера, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
Вчера, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
Вчера, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
1-05-2024, 16:13
Yeni nazir onları işdən çıxardı
1-05-2024, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
1-05-2024, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
1-05-2024, 14:11
Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?
1-05-2024, 13:14
Ramin Məmmədovun deputat mandatı ləğv edilir - Boşalan yerlərin sayı 10-a ÇATIR
1-05-2024, 12:15
Prezident TDT-yə üzv dövlətlərin dini rəhbərləri qəbul edib - FOTO
1-05-2024, 11:31
Builki qabiliyyət imtahanları keçən ildən fərqli olacaq - DİM-dən AÇIQLAMA
1-05-2024, 11:01
Azərbaycan lideri: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik
1-05-2024, 10:20
İlham Əliyev Forumun açılışında iştirak edir - Canlı
1-05-2024, 09:44
Bu gündən sağlamlıq haqqında arayışlar elektron formada verilir
1-05-2024, 09:07
Günün qoroskopu: işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin
1-05-2024, 08:37
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
30-04-2024, 15:22
Göyçayda atasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
30-04-2024, 14:30
Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var