Tələbələrin sevimlisi Şahin Əliyev
Təhsil
Oxunub: 239
16 мар 2023 | 11:22
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində ağacəkmə aksiyası keçirildi.



Aksiyada kollecin müəllimləri və tələbələri iştirak edirdilər. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bununla əlaqədar ölkə ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi planlaşdırılır.













Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor müavini Şahin Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Şahin Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Şahin Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor müavini Şahin Əliyev - 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.

Tələbələrin sevimlisi Şahin Əliyev

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gələn millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Ulu öndərin fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə, əsirgəməyən Ulu Öndər 1993-cü il iyunun 9-da Muxtar respublikadan Bakıya qayıtmaqla xalqın ölməkdə olan ümidlərini özünə qaytardı. Milli tariximizin bu unudulmaz günündə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə paytaxtına qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən xilas edildi. Ümummilli liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə imkan verdi. Milli həmrəylik təmin edildi, dövlətçiliyin əsasları yaradıldı, ölkədə iqtisadi tərəqqiyə geniş yol açıldı. Ulu öndər Azərbaycanda ictimai-siyasi vəziyyətin böhranlı bir dönəmində öz həyatını belə təhlükə altında qoyaraq baş verə biləcək təhlükələrin qarşısını almaq üçün bütün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi. Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Ulu öndər yenidən hakimiyyətə qayıdarkən demişdi: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm.” Bu dahi insan Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Umummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi yüksək fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır.

Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək mümkün deyil. Çünki ulu öndərimiz kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, məmləkətin, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir. Nə qədər ki, qədirbilən xalqımız var, nə qədər ki, müstəqil Azərbaycan var Ulu öndər daima qəlblərdə yaşıyacaq, xatirəsi ehtiramla anılacaqdır.
Вчера, 17:17
Prezidentdən neft sənayesi işçilərinə - Təbrik
Вчера, 17:02
İlham Əliyev onları təltif etdi - Siyahı
Вчера, 16:20
Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi
Вчера, 15:44
Putin həbs olunmaqdan qorxdu, bu ölkəyə getmədi
Вчера, 15:25
Qarabağ Universiteti ona görə sentyabrın 20-si açıldı ki...
Вчера, 13:44
İlham Əliyevin Xankəndidə tələbələrlə görüşündən - Fotolar
Вчера, 13:10
Şənbə günü yağış yağacaq - PROQNOZ
Вчера, 12:18
Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
Вчера, 12:00
İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
Вчера, 10:54
Qarabağdakı dünənki açılışlardan yeni - Video
Вчера, 10:18
Prezident Qarabağ Universitetində: tələbələrlə görüş...
Вчера, 09:33
Avropa Komissiyasının prezidenti Kiyevə səfər edib
Вчера, 09:15
Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Вчера, 08:54
Azərbaycanda Dövlət Suverenliyi GÜNÜDÜR
19-09-2024, 17:03
Sürücülərin nəzərinə - Paytaxtda bu küçə bağlanır
19-09-2024, 16:31
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub
19-09-2024, 15:50
Prezident Xankəndiyə getdi
19-09-2024, 15:31
İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub
19-09-2024, 14:29
Lukaşenko: Qərb müşahidəçiləri seçkilərə əvvəlcədən hazırlanmış qərarlarla gəliblər
19-09-2024, 14:02
DYP hava şəraiti ilə bağlı müraciət etdi
19-09-2024, 12:46
20 sentyabr iş günüdür? - Rəsmi açıqlama
19-09-2024, 09:33
Neftin bu günə olan qiyməti
19-09-2024, 08:58
ABŞ: İran hakerləri Trampın seçki kampaniyası sənədlərini oğurlayıb
18-09-2024, 19:32
USAİD, senator və konqresmenlər ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına qarşı – ANALİZ
18-09-2024, 19:02
İstintaq Komitəsi: “Wildberries”in ofisində atışma nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb
18-09-2024, 18:37
Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev həbs edilib - YENİLƏNİB
18-09-2024, 17:54
Naxçıvanda mədəniyyət nazirinin müavinlərinin sayı artırıldı