Orta məktəblərdə dərslər saat 7-də başlayacaq? (AÇIQLAMA)
Təhsil
Oxunub: 58
31 май 2023 | 19:58







"Saat 7:00-da yuxulu halda məktəbə gedən şagird dərs mənimsəyə bilməz”.

Bunu açıqlamasında psixoloq Elnur Rüstəmov təhsil eksperti Kamran Əsədovun yeni tədris ilində dərslərin saat 7:00-da başlaması ilə bağlı verdiyi təklifə münasibət bildirərkən deyib.

Psixoloqun fikirincə, istəlinən bir sahədə insanların təklif verməsi normaldır:

"Bu təklif həm də əsaslandırılmalıdır. Bu əsaslandırma bir istiqamətdə aparıla bilməz. Məsələn, şagird saat 7:00-da məktəbə gedirsə, valideynlər də normal işinə gedə biləcəkmi? Şagird məktəbə tez gedirsə, deməli, bir saat tez dərsdən çıxacaq. Bəs, şagirdin yuxu norması necə olacaq? Saat fərqi ailə sistemində dəyişikliyə səbəb olacaq. Ailələr həmin dəyişikliyə hazırdırmı? Belə təklif Bakı şəhərində keçərli ola bilər. Azərbaycan isə yalnız Bakı şəhərindən ibarət deyil. Bakıda tıxac problemi mövcuddur, rayonlarda isə tıxac yoxdur. Deməli, biz paytaxt üçün ayrı, rayonlar üçün ayrı təklif verməliyik. Bu da doğru deyil”.

Elnur Rüstəmov hesab edir ki, təkliflər verilərkən hər tərəfli analiz olunmalıdır:

"Belə qərarlar ciddi müzakirələrdən sonra verilə bilər. Bu təklifin özü insanların fikirlərini qarışdırır. Uşaq normal yatmayıbsa, dərsi necə qavrayacaq? Uşaq yuxudan doymayıb, yuxulu vəziyyətdə dərsə gedibsə, heç vaxt dərsi mənimsəyə bilməyəcək. Burada fiziki və psixoloji sağlamlıq da nəzərə alınmalıdır. Bundan əlavə, sosial-psixoloji faktorlar da nəzərə alınmalıdır. Bu gün bu məsələ aktual deyil”.
Сегодня, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
Сегодня, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Сегодня, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
Сегодня, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
Сегодня, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
Сегодня, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
Сегодня, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
Сегодня, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
Сегодня, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Сегодня, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
Сегодня, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
Сегодня, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
Сегодня, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
Вчера, 16:13
Yeni nazir onları işdən çıxardı
Вчера, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
Вчера, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Вчера, 14:11
Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?
Вчера, 13:14
Ramin Məmmədovun deputat mandatı ləğv edilir - Boşalan yerlərin sayı 10-a ÇATIR
Вчера, 12:15
Prezident TDT-yə üzv dövlətlərin dini rəhbərləri qəbul edib - FOTO
Вчера, 11:31
Builki qabiliyyət imtahanları keçən ildən fərqli olacaq - DİM-dən AÇIQLAMA
Вчера, 11:01
Azərbaycan lideri: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik
Вчера, 10:20
İlham Əliyev Forumun açılışında iştirak edir - Canlı
Вчера, 09:44
Bu gündən sağlamlıq haqqında arayışlar elektron formada verilir
Вчера, 09:07
Günün qoroskopu: işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin
Вчера, 08:37
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
30-04-2024, 15:22
Göyçayda atasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
30-04-2024, 14:30
Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var