Mehman Rzayev: “Dəmir Yumruq” birlik və həmrəyliyin simvoluna çevrildi
Cəmiyyət
Oxunub: 101
10 ноя 2022 | 14:39
Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev - Çətin məqamlarda düşmənə qarşı tez bir vaxtda birləşə bilən, yadelli işğalçılara qarşı mübarizə ruhunda səfərbər olmağı bacaran xalqlar tarixin sınağından müvəffəqiyyətlə çıxmışdır. Dövlətçiliyə münasibətdə bu xüsusiyyətlər vətənpərvərlik kimi dəyərləndirilir.

Vətənpərvərlik Azərbaycan xalqının həyatında həmişə başlıca meyar olmuş və əxlaqi keyfiyyət kimi formalaşmışdır. 2020-ci ilin 8 noyabrında Şuşanın, ertəsi gün isə 70-dən çox yaşayış məntəqəsinin azad edilməsindən sonra Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.

Mehman Rzayev: “Dəmir Yumruq” birlik və həmrəyliyin simvoluna çevrildi


Azərbaycanın Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandan birliyi dəmir yumruq kimi birləşdi. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik. Təsadüfi deyil ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi.

Vətən Müharibəsi göstərdi ki, əsgər və zabitlərimiz torpaqlarımızı qorumağa və düşmənə layiqli cavab verməyə qadir və hazırdır. Bu gün adı güclü ordular sırasında çəkilən Azərbaycan Ordusu gücünü qəhraman Vətən oğullarından və ordumuzun arxasında duran Azərbaycan xalqından alır.

Üçrəngli bayrağımız əbədi olaraq Zəfər əzəməti ilə bütöv Azərbaycanımızda dalğalanacaq

Bayraq hər bir millətin imzasını, onun kimliyini təsdiq edən bir varlıqdır. Bayraq həmçinin Vətənə sevgi və məhəbbət rəmzidir. Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik duyğuları aşılayır. Üçrəngli bayrağımızın yaranması 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olunmuş və ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır. 1919-ci il dekabrın 7-də isə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı parlamentin binası üzərində ucaldılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Azərbaycan xalqı doğma və əziz bayrağından 70 il zorla ayrı salındı. Lakin bu 70 il ərzində xalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azərbaycanımızın üzərində məğrurluqla dalğalanacağı anı səbirsizliklə gözlədi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir.

Ulu Öndər Heydər Əliyev Dövlət bayrağımız haqqında danışarkən qeyd edirdi ki, kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, işğal olunmuş torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir. Ulu Öndərin bu fikirləri hər bir vətəndaş qarşısında böyük vəzifələr müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı üçrəngli bayaraq altında birləşdi və öz torpaqlarını işğaldan azad etdi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla, Zəfər coşqusu ilə dalğalanır. Müəzffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev hər zaman qeyd edir ki, bizim bayrağımız qürur mənbəyimizdir. Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Ölkəmizdə 9 noyabr tarixinin Bayraq Günü kimi qeyd olunması da məhz Prezident İlham Əliyevin üçrəngli bayrağımıza verdiyi böyük dəyərin göstəricisidir. Belə ki, 2009-cu il noyabrın 17-də Prezident cənab İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkəmizdə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Artıq xalqımız üçüncü ildir ki, Bayraq Gününü Zəfər sevinci ilə qeyd edir. Xalqımızın qürur mənbəyi olan üçrəngli bayrağımız əbədi olaraq Zəfər əzəməti ilə bütöv Azərbaycanımızda dalğalanacaq.
Вчера, 16:13
Yeni nazir onları işdən çıxardı
Вчера, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
Вчера, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Вчера, 14:11
Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?
Вчера, 13:14
Ramin Məmmədovun deputat mandatı ləğv edilir - Boşalan yerlərin sayı 10-a ÇATIR
Вчера, 12:15
Prezident TDT-yə üzv dövlətlərin dini rəhbərləri qəbul edib - FOTO
Вчера, 11:31
Builki qabiliyyət imtahanları keçən ildən fərqli olacaq - DİM-dən AÇIQLAMA
Вчера, 11:01
Azərbaycan lideri: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik
Вчера, 10:20
İlham Əliyev Forumun açılışında iştirak edir - Canlı
Вчера, 09:44
Bu gündən sağlamlıq haqqında arayışlar elektron formada verilir
Вчера, 09:07
Günün qoroskopu: işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin
Вчера, 08:37
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
30-04-2024, 15:22
Göyçayda atasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
30-04-2024, 14:30
Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var
30-04-2024, 13:48
Külək güclənəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
30-04-2024, 13:01
Brenda Şaffer: Azərbaycan yəhudi icmasının müsəlman dünyasındakı ən böyük evidir
30-04-2024, 12:37
İtkin düşmüş şəxslərin qalıqlarının yerinin müəyyənləşdirilməsi üçün görüləcək işlər açıqlanıb
30-04-2024, 12:15
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor müavini təyin olunub
30-04-2024, 11:22
Bakının mərkəzində sürət yarışına çıxan avtomobillərin törətdiyi zəncirvari qəzanın görüntüləri yayılıb - YENİLƏNİB
30-04-2024, 10:39
Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
30-04-2024, 10:20
Çempionlar Liqasında yarımfinal görüşləri başlayır
30-04-2024, 09:49
ABŞ husilərə məxsus PUA-nı zərərsizləşdirib
30-04-2024, 09:17
ADNA terrorundan 15 il ötür...
30-04-2024, 08:44
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
29-04-2024, 19:29
ABŞ BCM-nin İsrail rəsmilərinin həbsinə dair order verəcəyindən qorxur
29-04-2024, 18:45
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29-04-2024, 17:43
Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb