İtkin düşmüş şəxslərin qalıqlarının yerinin müəyyənləşdirilməsi üçün görüləcək işlər açıqlanıb
Gündəm / Sosial
Oxunub: 16
30 апр 2024 | 12:37
İtkin düşmüş şəxslərin qalıqlarının yerinin müəyyənləşdirilməsi üçün görüləcək işlər açıqlanıb

İtkin düşmüş şəxslərin qalıqlarının yerinin müəyyən edilməsi üçün bir neçə istiqamətdə iş aparılır.

Bu barədə Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aprelin 30-da keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın müxtəlif yerlərində dəfn edilmiş naməlum şəhid məzarlarından genetik nümunlərin götürülməsi və eyniləşdirməsi nəticəsində şəxsiyyətlərin müəyyənləşdirilməsi həyata keçirilib:

"Digər istiqamət isə şahid ifadələri əsasında cinayət işinin materiallarında olan məlumatların yoxlanılmasıdır. Bu halda şahidlərin ifadələri əsasında meyitlərin badırıldığı ehtimal edilən yer müəyyən edilməklə əraziyə baxış keçirilir və insan qalıqları aşkar edildiyi halda məhkəmə-tibbi kriminalistik və məhkəmə-genetik ekspertizaları təyin edilməklə şəxsiyyətləri dəqiqləşdirilir. Buna misal olaraq Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində 12 nəfərə məxsus insan qalıqlarının aşkar edilməsini göstərə bilərik”.

O.Rzayev bildirib ki, başqa bir istiqamət işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri zamanı insan qalıqlarının aşkar edilməsidir:

"Hazırda azad edilmiş ərazilərdə surətli və keyfiyyətli şəkildə bərpa quruculuq işləri davam etdirilir və yolların, kommunikasiya xətlərinin çəkilməsi zamanı qazıntı işləri aparılır. Bu zaman isə insan qalıqları aşkar edilir və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarından ibarət qrup hadisə yerinə ezam olunmaqla işlərin keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edirlər. Buna misal olaraq Xocalı rayonu ərazisində 2024-cü ilin fevral, mart və aprel aylarında kütləvi məzarlıqların aşkar edilməsini misal göstərmək olar”.

Şöbə rəisi vurğulayıb ki, daha bir istiqamət Azərbaycanın əməliyyət orqanlarının əldə etdiyi məlumatlar əsasında kütləvi məzarlıqların yerinin müəyyən edilməsidir:

“Əməliyyat orqanları tərəfindən təqdim edilmiş məlumatlar əsasında koordinatlar müəyyənləşdirilməklə əraziyə baxış keçirilir”.
15-05-2024, 12:29
Sabah Bakıda və bölgələrdə 20 dərəcə isti olacaq
15-05-2024, 11:35
Biləsuvarda ağır qəza, ölən və yaralılar var - YENİLƏNİB
15-05-2024, 11:08
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıb
15-05-2024, 10:24
Azərbaycanda respondentlərin yarıdan çoxu atalıq məzuniyyəti hüququna müsbət yanaşır - HESABAT
15-05-2024, 09:36
Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
15-05-2024, 09:03
BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr
15-05-2024, 08:47
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
14-05-2024, 15:44
Blinken Ukraynaya, köməkçisi isə Gürcüstana gəldi – ABŞ nədən narahatdır?
14-05-2024, 15:16
Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"
14-05-2024, 14:33
Hakan Fidan Türkiyə ilə Yunanıstan arasında terrorla mübarizə sahəsində əməkdaşlığın güclənə biləcəyini deyib
14-05-2024, 14:00
Prezident: Azərbaycan öz milli maraqları əsasında siyasət həyata keçirir
14-05-2024, 12:28
DİN-dən kibertəhlükəsizliklə bağlı - Müraciət
14-05-2024, 12:01
Futbolçular hakimə yaxınlaşarsa cəzalanacaq - UEFA-dan yeni qərar
14-05-2024, 11:05
“Trendyol Azərbaycan” daşıma qiymətlərini qaldırdı - Açıqlama
14-05-2024, 10:29
Azərbaycan XİN-dən İsrailə təbrik
14-05-2024, 09:55
Konfrans Liqasının finalının hakimləri bəlli oldu
14-05-2024, 09:20
Pərviz Şahbazov: “Azərbaycandan Avropaya 4 milyard kubmetrdən çox qaz ixrac olunub”
14-05-2024, 08:49
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
13-05-2024, 15:41
Bernard Devit: Qazaxıstanın Bakı ilə İrəvan arasında sülh prosesini dəstəkləmək təşəbbüsünü alqışlayırıq
13-05-2024, 15:15
Borreldən Gürcüstandakı vəziyyətlə bağlı bəyanat vermək istənilib
13-05-2024, 14:44
I Qarabağ müharibəsinin şəhidi dəfn edildi
13-05-2024, 13:58
Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
13-05-2024, 13:21
Gürcüstandakı xaosda “FRANSIZ BARMAĞI” – Paris qonşu ölkəni qarşıdurmaya sürükləyir...
13-05-2024, 12:54
“Avroviziya – 2024”də Azərbaycana səs verən ÖLKƏLƏR - SİYAHI
13-05-2024, 11:10
Prezident qəbul keçirdi
13-05-2024, 10:35
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
13-05-2024, 09:49
Baş katib: ICESCO üzv ölkələrdə elmi-tədqiqat təcrübəsinin inkişafına sərmayə yatırmağa çalışır