Yəhya müəllim : Heydər Əliyev - Dahi şəxsiyyət...
Gündəm
Oxunub: 57
6 май 2023 | 23:33

İş adamı Araş kompani̇ şi̇rkəti̇ni̇n rəhbəri Yəhya müəllim - Ulu Öndər xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində qətiyyətli addımlar atmış, o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin qorunması və inkişafı sağlam düşüncəyə, mədəniyyətə və milli özünüdərk hissinə söykənir.
Ümummilli Lider Heydər Əliyevin geosiyasi təfəkkürünün bəhrəsi olan transmilli layihələr (Trans-Xəzər, Trans-Qafqaz layihələri) Azərbaycanı Avropada təhlükəsizlik sisteminin həyati vacib arteriyalarından birinə çevirdi. Onun bölgədə sülhün, əməkdaşlığın, sabitliyin simvolu kimi təsdiq edilməsinə, Azərbaycana qarşı yönəldilə biləcək real və potensial təhlükə risklərinin neytrallaşdırılmasına, qlobal təhlükəsizlik sisteminin dəstəyinə, dövlətimizin bu sistemin ən fəal subyekti kimi tanınmasına göstərdiyi təsir bu gün göz önündədir.

Azərbaycanın xarici siyasətində milli maraqlara cavab verən çoxvektorlu balanslaşdırılmış model uğurla tətbiq olundu. Azərbaycan beynəlxalq münasibətlər sistemində layiqli yerini tutdu, BMT və onun ixtisaslaşdırılmış qurumları ilə əməkdaşlığı genişləndi. 1994-cü il mayın 4-də NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədi imzalandı, Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirməklə suveren hüquqlarını qorumaq, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında həqiqətləri dünya birliyinə çatdırmaq üçün yeni imkanlar əldə edildi. Azərbaycan Respublikası İKT və MDB çərçivəsində iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini genişləndirdi. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" imzalandı. Bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin dərinləşməsi istiqamətində hüquqi baza rolunu oynamışdır. 2001-ci il yanvarın 17-də Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi.

Ulu Öndər Heydər Əliyev türk dövlətləri arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hüquq bərabərliyi və qarşılıqlı faydalılıq prinsipləri əsasında qurulması, davamlı inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində qətiyyətlə çalışmışdır.
Yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuş Azərbaycan xalqı Ümummilli Liderin hakimiyyətə qayıtdığı günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. 20 ildir Prezident İlham Əliyev 15 iyundan başlanan yolu - müstəqilliyin əbədi və dönməz xəttini uğurla davam etdirir. "Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də Onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik", - deyir ölkə rəhbəri İlham Əliyev.
Сегодня, 16:32
Təhsil müəssisəsində 250 min manatlıq YEYİNTİ
Сегодня, 15:34
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib
Сегодня, 15:02
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Сегодня, 14:33
İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir
Сегодня, 13:15
Putin and içdi - Canlı - Yenilənir
Сегодня, 12:44
İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
Сегодня, 11:59
İsrail Rəfah keçid məntəqəsinə nəzarəti ələ keçirib
Сегодня, 11:16
NATO qoşunları UKRAYNADA – Bəşəriyyət III Dünya Savaşına SÜRÜKLƏNİR...
Сегодня, 10:43
Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir
Сегодня, 10:07
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
Сегодня, 09:33
Bosfor boğazında gəmi saya oturub
Сегодня, 08:59
Bakıda tıxac olan yollar - SİYAHI
Вчера, 18:04
“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi
Вчера, 17:43
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü – Narahat olan Yelisey sarayı - ŞƏRH
Вчера, 16:50
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
Вчера, 14:34
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
Вчера, 14:06
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB
Вчера, 13:08
Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır
Вчера, 12:28
Paşinyanın Putinin andiçmə mərasiminə getməyəcəyi dəqiqləşdi
Вчера, 10:50
Bu rayonların işığı SÖNƏCƏK
Вчера, 10:09
“Eurovision 2024”ün rəsmi açılış mərasimi olub
Вчера, 09:31
ABŞ institutu: Ukrayna cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər
Вчера, 09:04
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
3-05-2024, 16:25
Gürcüstan olayları – Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ
3-05-2024, 15:47
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
3-05-2024, 15:06
Böyük güclərin TOQQUŞMA MEYDANI – Gürcüstan vətəndaş qarşıdurmasına sürüklənir?
3-05-2024, 14:24
Bakıda kişi özünü küçədə yandırdı