Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir
Gündəm / Siyasət
Oxunub: 13
7 май 2024 | 10:43
Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir


Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu keçirilir.

Tədbirdə dövlət rəsmiləri, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və Mərkəzi Bankın, BMT agentlikləri, beynəlxalq maliyyə institutları, elm ictimaiyyətinin və beyin mərkəzlərinin təmsilçiləri, özəl sektorun nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına baxış keçiriləcək.

Həmçinin, DİM üzrə Dialoq silsiləsi əsas maraqlı tərəflər, o cümlədən Hökumət, BMT, özəl sektor, vətəndaş cəmiyyəti, beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları üçün bilikləri stimullaşdırmaq, beynəlxalq qabaqcıl təcrübələri təqdim etmək və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə uyğun olaraq Azərbaycanın 2030-cu il Strategiyası çərçivəsindəki milli prioritetlərin icrasında Azərbaycan Hökumətinə və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasına praktiki dəstək üçün innovativ həllərə şərait yaratmaqdan ötrü platforma funksiyasını yerinə yetirmək məqsədini daşıyır.

Hər DİM Dialoqu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə məsləhətləşmə şəraitində seçilmiş xüsusi mövzuya həsr olunur. Hər dialoqdan sonra Siyasət İcmalı hazırlanır. Bu, kontekstin qısa təhlili, beynəlxalq qabaqcıl təcrübələrdən nümunələr, habelə mövzu üzrə praktiki siyasət tövsiyələri ilə bağlı bir bölmədən ibarət analitik sənəddir.
2022-ci ilin noyabr ayında ilk DİM Dialoqu keçiriləndən bəri, 3 DİM Dialoqu keçirilib. İlk DİM Dialoqu "Azərbaycanda yaşıl transformasiya", ikincisi "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik", üçüncüsü isə "2023-cü ilin Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu" mövzusuna həsr olunub.

Qeyd edək ki, BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində çalışırlar. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabat (KMH) hesabatını təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki KMH təqdim edən ölkə olub.
15-05-2024, 12:29
Sabah Bakıda və bölgələrdə 20 dərəcə isti olacaq
15-05-2024, 11:35
Biləsuvarda ağır qəza, ölən və yaralılar var - YENİLƏNİB
15-05-2024, 11:08
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıb
15-05-2024, 10:24
Azərbaycanda respondentlərin yarıdan çoxu atalıq məzuniyyəti hüququna müsbət yanaşır - HESABAT
15-05-2024, 09:36
Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
15-05-2024, 09:03
BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr
15-05-2024, 08:47
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
14-05-2024, 15:44
Blinken Ukraynaya, köməkçisi isə Gürcüstana gəldi – ABŞ nədən narahatdır?
14-05-2024, 15:16
Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"
14-05-2024, 14:33
Hakan Fidan Türkiyə ilə Yunanıstan arasında terrorla mübarizə sahəsində əməkdaşlığın güclənə biləcəyini deyib
14-05-2024, 14:00
Prezident: Azərbaycan öz milli maraqları əsasında siyasət həyata keçirir
14-05-2024, 12:28
DİN-dən kibertəhlükəsizliklə bağlı - Müraciət
14-05-2024, 12:01
Futbolçular hakimə yaxınlaşarsa cəzalanacaq - UEFA-dan yeni qərar
14-05-2024, 11:05
“Trendyol Azərbaycan” daşıma qiymətlərini qaldırdı - Açıqlama
14-05-2024, 10:29
Azərbaycan XİN-dən İsrailə təbrik
14-05-2024, 09:55
Konfrans Liqasının finalının hakimləri bəlli oldu
14-05-2024, 09:20
Pərviz Şahbazov: “Azərbaycandan Avropaya 4 milyard kubmetrdən çox qaz ixrac olunub”
14-05-2024, 08:49
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
13-05-2024, 15:41
Bernard Devit: Qazaxıstanın Bakı ilə İrəvan arasında sülh prosesini dəstəkləmək təşəbbüsünü alqışlayırıq
13-05-2024, 15:15
Borreldən Gürcüstandakı vəziyyətlə bağlı bəyanat vermək istənilib
13-05-2024, 14:44
I Qarabağ müharibəsinin şəhidi dəfn edildi
13-05-2024, 13:58
Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
13-05-2024, 13:21
Gürcüstandakı xaosda “FRANSIZ BARMAĞI” – Paris qonşu ölkəni qarşıdurmaya sürükləyir...
13-05-2024, 12:54
“Avroviziya – 2024”də Azərbaycana səs verən ÖLKƏLƏR - SİYAHI
13-05-2024, 11:10
Prezident qəbul keçirdi
13-05-2024, 10:35
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
13-05-2024, 09:49
Baş katib: ICESCO üzv ölkələrdə elmi-tədqiqat təcrübəsinin inkişafına sərmayə yatırmağa çalışır