Heydər Əliyevin milli müstəqillik və dövlətçilik ideyalarının gerçəkləşdirilməsində tarixi rolu
Gündəm / Siyasət
Oxunub: 47
10 май 2023 | 10:40
Heydər Əliyevin milli müstəqillik və dövlətçilik ideyalarının gerçəkləşdirilməsində tarixi rolu

“Gəncliyindən Azərbaycanın milli dövlət müstəqilliyi konsepsiyasını hazırlayan dahi dövlət adamı və milli istiqlal, azadlıq aşiqlərinin himayadarı”.
Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət olub. Çünki müstəqil olmayan bir xalq və millət daima var ola bilməz. Milli müstəqilliyini əldən vermiş millətlər zaman-zaman başqa xalqların və millətlərin içində assimilyasiyaya uğrayaraq tarixində arxivlərində qalırlar. Hər xalqın, millətin milli və dövlət müstəqilliyinin əldə edilməsində mühüm tarixi missiyaya malik olan dahi şəxsiyyətləri var. Öz xalqlarına milli müstəqillik nemətini daddıra bilən həmin dahilər heç zaman unudulmur.
Dünya və bəşər tarixində Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, milli müstəqilliyimizin 70 ildən sonra yenidən bərpası dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə nəsib oldu. Bəli, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev bəşəriyyət tarixində mənsub olduğu xalqa və millətə milli dövlət müstəqilliyini yenidən qazandıra bilən xilaskarlıq fenomenidir. Azərbaycanın milli dövlət müstəqilliyinin yenidən bərpa olunması missiyasının Heydər Əliyev fenomeninə qismət olması əslində heç də təsadüfü deyildi. Çünki məhz ulu öndərin anadan olduğu illər artıq Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olduqdan sonra süquta uğradığı zamanlar idi. Heydər Əliyev hələ 1940-cı illərdən başlayaraq Sovet Azərbaycanın dövlət təhlükəsizlik orqanlarında çalışmağa başladığı zamanlarda özünün iti zəkası, güclü məntiqi, tarixi hadisələri düzgün analiz və təhlil etməsi nəticəsində başa düşürdü ki, zor gücü ilə, xalqları və millətləri istismar etməklə, repressiya maşınından keçirtməklə qurulmuş sovet rejiminin çox yaşaması mümkün olmayacaq.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.
Dövlət müstəqilliyinin ilk illərində – 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu.
Bəli, həmin vaxt xalq onu yetərincə tanımırdı, amma o, tarixinə dərindən bələd olduğu əziz millətinin arzu, istək və ümidlərini yaxşı duyur, bunları gerçəkləşdirməyin yolları haqqında düşünürdü. Heydər Əliyev dövlət idarəçiliyi sahəsində çox gənc yaşlarından işləməyə başlamışdı, özünün fitri istedadı və iti zəkası, yenilməz əzmkarlığı və dürüstlüyü, səmərəli fəaliyyəti ilə hər zaman önə çıxmağı, liderlik xüsusiyyətlərini göstərməyi bacarmışdı. Ona qədər Sovet Azərbaycanına rəhbərlik etmiş şəxslərin heç biri öz xalqının istək və arzularını reallaşdırmağı, milli inkişaf strategiyasını müəyyənləşdirməyi bacarmamışdı. Nəticədə Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış əyalətlərindən sayılmış, iqtisadiyyatı, əsasən, təbii sərvətlərdən xammal yönümlü istifadəyə əsaslanmış, əhalisinin yaşayış səviyyəsi digər müttəfiq respublikalarla müqayisədə aşağı olmuşdur. Mərkəzi hakimiyyət Azərbaycanda idarəçiliyi möhkəmləndirmək, uzun illər boyu yığılıb qalmış sosial-iqtisadi problemləri aradan qaldırmaq, respublikanın mövcud potensialından səmərəli istifadəni təmin etmək üçün qətiyyətli və enerjili, təşəbbüskar və işgüzar bir rəhbər seçməli idi. Nadir fitri istedadı, dərin zəkası, saf mənəviyyatı, misilsiz təşkilatçılıq qabiliyyəti ilə dövlət təhlükəsizliyi orqanlarında sıravi əməkdaşdan komitə sədrliyinə və general rütbəsinə qədər yüksəlmiş Heydər Əliyev ölkənin siyasi hakimiyyətindəki islahatçıların seçimi idi. Bu həm də zəngin dövlətçilik ənənələri olan xalqımıza və gələcək nəsillərimizə tarixin və Tanrının bəxşişi idi.
arixi yaddaşın daha bir şərəfli səhifəsi isə Heydər Əliyevin milli müstəqillik və dövlətçilik ideyalarının gerçəkləşdirilməsində üzərinə böyük məsuliyyət qoyduğu avanqard siyasi qüvvəni - Yeni Azərbaycan Partiyasını yaratmasıdır. Bir qrup vətənpərvər ziyalı və ictimai fəal ilə birlikdə 1992-ci ilin noyabrında Naxçıvanda əsasını qoyduğu bu siyasi təşkilatı Heydər Əliyev əsl xalq partiyasına çevirə bildi ki, ölkəmizdəki monolitləşmiş xalq-iqtidar birliyinin təməlində bu amil özünəməxsus yer tutur.
Ulu öndər 1993-cü ilin 15 iyununda Qurtuluş hərəkatını xalqın dəstəyi və öz siyasi həmfikirləri ilə birlikdə zəfərə çatdıraraq, ölkəni xaosdan tərəqqiyə aparan yolun əsasını qoydu. “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqıma bağışlayıram” deyən Heydər Əliyev öz titanik fəaliyyətini doğma millətinin tərəqqisinə yönəltdi. Yenicə müstəqilliyinə qovuşmuş dövlətimizin sükanını öz qüdrətli əllərinə alan Heydər Əliyev Azərbaycanın suverenliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqaməti kimi müəyyənləşdirdi, respublikamızı hərtərəfli tərəqqi yoluna çıxardı. Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətlənən ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz - bütün bunlar müasir Azərbaycanın həqiqətləridir.
Bu gün təməli ulu öndər tərəfindən qoyulmuş xalq-iqtidar birliyi azad, müstəqil, demokratik Azərbaycanın davamlı inkişafını şərtləndirir. Heydər Əliyevin siyasi varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə və nüfuza malik Prezident İlham Əliyev onun müəyyənləşdirdiyi strateji xətti uğurla davam etdirir, özünəməxsus möhkəm iradə və qətiyyətli mövqeyi, məhsuldar fəaliyyəti ilə Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu sübuta yetirir. Möhtərəm Prezidentin düşünülmüş, uzaqgörən daxili və xarici siyasəti, xalqa olan səmimi məhəbbəti və doğma vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə hədsiz qürur hissi oyadır. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır. Prezident İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.
Heydər Əliyev ideyaları milli inkişafımızı müəyyənləşdirdiyi kimi, həm də bəşəri mahiyyət daşıyır. Bu iki amil Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 16 ildən çoxdur ki, səmərəli və parlaq fəaliyyət göstərən Heydər Əliyev Fondunun layihələrində öz əksini tapır. Mədəniyyət, incəsənət, təhsil, səhiyyə sahələrində və digər sahələrdə gördüyü çox böyük işlərlə fond ulu öndərin ideyalarını yaşadır. Xalqımızın mənəvi irsinin qorunmasında və təbliğində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılmasında və digər istiqamətlərdə Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın bütün təşəbbüslərinin də təməlində ulu öndərin arzu və ideyaları dayanır.
Bu gün Azərbaycanda Heydər Əliyev erası davam edir və daim davam edəcəkdir. Dünyanın harasında olursa-olsun, Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev yada düşür. Ulu öndərin “Nə qədər ki, Azərbaycan var, müstəqil Azərbaycan dövləti var, mən də varam, mən Azərbaycanda əbədi olacağam” sözləri tarixin yaddaşına əbədi həkk olunmuşdur.

İlqar Məhərrəmov
Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin rəisi


Вчера, 16:32
Təhsil müəssisəsində 250 min manatlıq YEYİNTİ
Вчера, 15:34
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib
Вчера, 15:02
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Вчера, 14:33
İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir
Вчера, 13:15
Putin and içdi - Canlı - Yenilənir
Вчера, 12:44
İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
Вчера, 11:59
İsrail Rəfah keçid məntəqəsinə nəzarəti ələ keçirib
Вчера, 11:16
NATO qoşunları UKRAYNADA – Bəşəriyyət III Dünya Savaşına SÜRÜKLƏNİR...
Вчера, 10:43
Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir
Вчера, 10:07
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
Вчера, 09:33
Bosfor boğazında gəmi saya oturub
Вчера, 08:59
Bakıda tıxac olan yollar - SİYAHI
6-05-2024, 18:04
“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi
6-05-2024, 17:43
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü – Narahat olan Yelisey sarayı - ŞƏRH
6-05-2024, 16:50
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
6-05-2024, 14:34
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
6-05-2024, 14:06
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB
6-05-2024, 13:08
Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır
6-05-2024, 12:28
Paşinyanın Putinin andiçmə mərasiminə getməyəcəyi dəqiqləşdi
6-05-2024, 10:50
Bu rayonların işığı SÖNƏCƏK
6-05-2024, 10:09
“Eurovision 2024”ün rəsmi açılış mərasimi olub
6-05-2024, 09:31
ABŞ institutu: Ukrayna cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər
6-05-2024, 09:04
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
3-05-2024, 16:25
Gürcüstan olayları – Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ
3-05-2024, 15:47
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
3-05-2024, 15:06
Böyük güclərin TOQQUŞMA MEYDANI – Gürcüstan vətəndaş qarşıdurmasına sürüklənir?
3-05-2024, 14:24
Bakıda kişi özünü küçədə yandırdı