Uşaqların savadlılığının artırılması üçün mobil tətbiq istifadəyə verildi
Gündəm / Sosial
Oxunub: 12
1 апр 2024 | 15:22
Uşaqların savadlılığının artırılması üçün mobil tətbiq istifadəyə verildi

 
Uşaqlarda və yeniyetmələrdə maliyyə savadlılığının artırılması məqsədilə ölkəmizdə ilk dəfə olaraq maarifləndirici “KidFi” mobil tətbiqi istifadəyə verilib.

“KidFi” maliyyə savadlılığı sahəsində həm öyrənmək, həm də əylənmək üçün hazırlanmış oyun əsaslı mobil tətbiqdir. Tətbiqin məqsədi uşaqlara və yeniyetmələrə maliyyə sahəsi haqqında öyrətmək və ağıllı pul idarə etmə bacarıqlarını inkişaf etdirməkdə onlara dəstək olmaqdır. 

Maliyyə savadlılığının şəxsi maliyyəni idarə etmək üçün vacib olduğunu, xüsusilə uşaq və yeniyetmələr üçün əhəmiyyətini nəzərə alaraq “KidFi” tətbiqi bu istiqamətdə onlara real həyat təcrübəsinin qazanılmasına kömək edəcək. Tətbiq zəngin interaktiv videoların sayəsində uşaqlar və yeniyetmələrdə səmərəli xərcləmə vərdişlərinin formalaşmasına da töhfə verəcək. 

Tətbiqin fəal istifadəsi sayəsində uşaqlar və yeniyetmələr maliyyə qərarlarının qəbulu, büdcənin müstəqil və məsuliyyətli şəkildə idarə edilməsində mühüm vərdişlərə yiyələnə biləcəklər. Tətbiq vasitəsilə valideyn övladına rəqəmsal kart sifariş edə və ona gündəlik cib xərcliyini də köçürə bilər.

Oyun əsaslı maarifləndirici tətbiq iki versiyadan “KidFi Parent” və “KidFi” versiyalarından ibarətdir. Tətbiqi “Google Pay” və “Apple Store” vasitəsilə yükləyə və qeydiyyatdan keçərək istifadə etmək mümkündür.

Azərbaycandan olan “KidFi” startapı  bu ilin fevralında İspaniyada keçirilmiş nüfuzlu “Mobile World Congress Barcelona 2024” tədbirində də təmsil olunub və tədbir çərçivəsində iştirakçılarda böyük maraq yaradıb.
15-05-2024, 12:29
Sabah Bakıda və bölgələrdə 20 dərəcə isti olacaq
15-05-2024, 11:35
Biləsuvarda ağır qəza, ölən və yaralılar var - YENİLƏNİB
15-05-2024, 11:08
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıb
15-05-2024, 10:24
Azərbaycanda respondentlərin yarıdan çoxu atalıq məzuniyyəti hüququna müsbət yanaşır - HESABAT
15-05-2024, 09:36
Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
15-05-2024, 09:03
BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr
15-05-2024, 08:47
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
14-05-2024, 15:44
Blinken Ukraynaya, köməkçisi isə Gürcüstana gəldi – ABŞ nədən narahatdır?
14-05-2024, 15:16
Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"
14-05-2024, 14:33
Hakan Fidan Türkiyə ilə Yunanıstan arasında terrorla mübarizə sahəsində əməkdaşlığın güclənə biləcəyini deyib
14-05-2024, 14:00
Prezident: Azərbaycan öz milli maraqları əsasında siyasət həyata keçirir
14-05-2024, 12:28
DİN-dən kibertəhlükəsizliklə bağlı - Müraciət
14-05-2024, 12:01
Futbolçular hakimə yaxınlaşarsa cəzalanacaq - UEFA-dan yeni qərar
14-05-2024, 11:05
“Trendyol Azərbaycan” daşıma qiymətlərini qaldırdı - Açıqlama
14-05-2024, 10:29
Azərbaycan XİN-dən İsrailə təbrik
14-05-2024, 09:55
Konfrans Liqasının finalının hakimləri bəlli oldu
14-05-2024, 09:20
Pərviz Şahbazov: “Azərbaycandan Avropaya 4 milyard kubmetrdən çox qaz ixrac olunub”
14-05-2024, 08:49
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
13-05-2024, 15:41
Bernard Devit: Qazaxıstanın Bakı ilə İrəvan arasında sülh prosesini dəstəkləmək təşəbbüsünü alqışlayırıq
13-05-2024, 15:15
Borreldən Gürcüstandakı vəziyyətlə bağlı bəyanat vermək istənilib
13-05-2024, 14:44
I Qarabağ müharibəsinin şəhidi dəfn edildi
13-05-2024, 13:58
Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
13-05-2024, 13:21
Gürcüstandakı xaosda “FRANSIZ BARMAĞI” – Paris qonşu ölkəni qarşıdurmaya sürükləyir...
13-05-2024, 12:54
“Avroviziya – 2024”də Azərbaycana səs verən ÖLKƏLƏR - SİYAHI
13-05-2024, 11:10
Prezident qəbul keçirdi
13-05-2024, 10:35
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
13-05-2024, 09:49
Baş katib: ICESCO üzv ölkələrdə elmi-tədqiqat təcrübəsinin inkişafına sərmayə yatırmağa çalışır