AFFA-nın ötənilki gəlir və xərcləri - Açıqlandı
Gündəm / İdman
Oxunub: 14
2 апр 2024 | 11:12
AFFA-nın ötənilki gəlir və xərcləri - Açıqlandı

AFFA-nın 2023-cü il üçün gəlir və xərcləri açıqlanıb.

Bu barədə qurumun açıqladığı hesabatda bildirilib.

Bildirilib ki, Milli Assosiasiyaya ümumilikdə 35 milyon 617 min 445 manat daxil olub.

Bunlardan 13 milyon manatı SOCAR-dan (maliyyə dəstəyi), 6 milyon 475 min 873 manatı eyni təşkilatdan (Qrant müqavilə), 4 milyon 854 min 178 manatı UEFA-dan, 4 milyon 667 min 364 manatı milli komandanın yayım hüquqi gəlirindən, 3 milyon 277 min 600 manatı FIFA-dan, 1 milyon 180 min manatı “Liv Bona Dea”dan, 1 milyon 180 min manatı Məlhəm Beynəlxalq Hospitaldan, 236 min manatı “Rabitəbank”dan, 118 min manatı “Paşa Sığorta”dan, 628 min 430 min manatı digər qurumlardan verilib.

Qurumun ümumi xərcləri isə 27 milyon 957 min 622 manatdır.

Milli komandalar üçün xərclənən vasaitlər 12 milyon 806 min 378 manat, əməkhaqqı və ezamiyyə xərcləri 4 milyon 503 min 450 manat, qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, Region Liqası və digər turnirlərin keçirilməsi xərcləri 1 milyon 978 min 885 manat, Hakimlər və Hakim-İnspektorlara 3 milyon 783 min 469 manat, təsərrüfat xərcləri 685 min 548 manat, oyunların təşkili 785 min 117 manat, aviabilet və hotel xərcləri 335 min 869 manat, nəqliyyat xərcləri 229 min 973 manat, kommunal və rabitə xərcləri 170 min 370 manat, təhsil üçün 161 min 786 manat, Marketinq və Sponsorluq Departamentinə 273 min 64 manat, “Elit Məşq” Layihəsinə 408 min 97 manat, “Futbol Dərsi” layihəsi 54 min 30 manat, VAR layihəsinin tətbiq olunması 1 milyon 100 min 429 manat, digər xərclər 681 min 157 manat təşkil edib.

Qeyd edilib ki, AFFA-nın xərclər bölgüsündə yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb.

Klublarımızın Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim-inspektorların qarşılanması xərcləri də həmin məbləğə daxildir. SOCAR və AFFA arasında bağlanan 18 avqust 2022-ci il tarixli və 20 iyul 2023-cü il tarixli maliyyə yardımı müqavilələrinə əsasən 2022/2023 və 2023/2024 futbol mövsümləri üzrə milli komandaların saxlanılmasına, Region Liqası oyunlarının keçirilməsinə və VAR Layihəsinə ayrılan maliyyə vəsaiti adıçəkilən kriteriyalar üzrə müvafiq qaydada xərclənib.
Сегодня, 16:32
Təhsil müəssisəsində 250 min manatlıq YEYİNTİ
Сегодня, 15:34
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib
Сегодня, 15:02
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Сегодня, 14:33
İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir
Сегодня, 13:15
Putin and içdi - Canlı - Yenilənir
Сегодня, 12:44
İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
Сегодня, 11:59
İsrail Rəfah keçid məntəqəsinə nəzarəti ələ keçirib
Сегодня, 11:16
NATO qoşunları UKRAYNADA – Bəşəriyyət III Dünya Savaşına SÜRÜKLƏNİR...
Сегодня, 10:43
Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir
Сегодня, 10:07
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
Сегодня, 09:33
Bosfor boğazında gəmi saya oturub
Сегодня, 08:59
Bakıda tıxac olan yollar - SİYAHI
Вчера, 18:04
“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi
Вчера, 17:43
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü – Narahat olan Yelisey sarayı - ŞƏRH
Вчера, 16:50
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
Вчера, 14:34
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
Вчера, 14:06
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB
Вчера, 13:08
Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır
Вчера, 12:28
Paşinyanın Putinin andiçmə mərasiminə getməyəcəyi dəqiqləşdi
Вчера, 10:50
Bu rayonların işığı SÖNƏCƏK
Вчера, 10:09
“Eurovision 2024”ün rəsmi açılış mərasimi olub
Вчера, 09:31
ABŞ institutu: Ukrayna cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər
Вчера, 09:04
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
3-05-2024, 16:25
Gürcüstan olayları – Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ
3-05-2024, 15:47
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
3-05-2024, 15:06
Böyük güclərin TOQQUŞMA MEYDANI – Gürcüstan vətəndaş qarşıdurmasına sürüklənir?
3-05-2024, 14:24
Bakıda kişi özünü küçədə yandırdı