ABŞ-Ermənistan hərbi əməkdaşlığı və susqun Tehran - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 11
2 апр 2024 | 14:58
ABŞ-Ermənistan hərbi əməkdaşlığı və susqun Tehran - ŞƏRH


Ermənistanla Azərbaycanın ortaq nöqtələri hələ ki formalaşmayıb. Ancaq SSRİ dağılandan sonra hər iki ölkənin Qərblə əlaqələri genişləndirməyə çalışması tərəflərin vahid məxrəci sayıla bilər. Ona görə də bu blokun təmsilçilərinin Ermənistana münasibətdə tarazlığı pozması yaxşı qarşılanmır.

Məsələn, Fransanın tutduğu mövqe birmənalı olaraq anti-Azərbaycan olduğundan Avropa İttifaqının bəzi qurumlarına etibarsızlıq yaradıb. Bu həm də Qərbə inama mənfi təsir göstərib. ATƏT-in keçmiş Minsk qrupunun həmsədrliyi isə Azərbaycan ictimaiyyətinin bu bloka etimadını zədələyib.

ABŞ-dən olan bir qrup mobil təlimatçı Ermənistan hərbçiləri ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün İrəvana gəlib. Bildirilib ki, səfər Ermənistan-ABŞ müdafiə əməkdaşlığı çərçivəsində baş tutub. Məlumata görə, ABŞ hərbçiləri aprelin 1-dən 5-dək Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin, “Zinuj Media” dövlət qurumunun əməkdaşları ilə təlim keçirəcək.

Azərbaycanla normallaşma prosesində əməli bir addım atılmadığı halda Ermənistanla Qərbin (xüsusən ABŞ və Fransa) hərbi sahədə əməkdaşlığı rəsmi Bakıya yanaşmada tarazlığın pozulmasıdır.

Ermənistanın hakim "Mülki müqavilə" Partiyasının təmsilçisi, parlamentin regional və Avrasiyaya inteqrasiya məsələləri üzrə daimi komissiyanın sədr müavini Vaqarşak Akopyan bildirib ki, ölkəsinin Qərblə münasibətləri gücləndirməsi başqa ölkələri, xüsusən Rusiyanı hədəf almayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdə olarkən Avrasiya İqtisadi İttifaqının ölkəsi üçün faydasının olmadığını bildirirdi. İndi isə iqtisadiyyatdakı uğurlarını bu qurumla əlaqələndirirlər. Bu azmış kimi Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının yaratdığı (BRİCS) birliyi ilə əməkdaşlığı müzakirə edir. Digər tərəfdən “Armenian Card” (ArCa) milli ödəniş sisteminin üzvü olan Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.

Bununla belə ona xidmət göstərən “Bank VTB Armenia” (ABŞ-nin sanksiya tətbiq etdiyi Rusiyanın "Bank VTB"sinin törəmə maliyyə müəssisəsi) Ermənistanda Rusiya kartları ilə işləməyə davam edəcək. Akopyan bu məsələnin hökumətə aid olmadığını vurğulayıb.

Ermənistanın ABŞ və Fransa ilə hərbi sahədə əməkdaşlığı Rusiyaya qarşı deyilsə bəs bu istiqamətdə əlaqələr kimə qarşı hesablanıb? Avropa İttifaqının bu ölkədə yerləşən Mülki müşahidə missiyası da özünü əvvəllər dinc qurum kimi təqdim edirdi. Ancaq fevralın 12-də erməni sərhədçilər Azərbaycanla sərhədyanı ərazidə təxribatı onların məntəqəsi yaxınlığından etmişdilər. Bu baxımdan Ermənistanın qafasında yalnız fürsət düşən kimi Azərbaycana qarşı revanş yanğısıdır. Belə çıxışlar o ölkədə tez-tez edilir.

ABŞ ilə hərbi əməkdaşlıq RF-yə qarşı, “Mir”ə xidmətin dayandırılmasının hökumətlə əlaqəsi yoxdursa, o zaman rəsmi İrəvanın səmimi olmadığı meydana çıxır.

Belə mütəhərrik mövqeyi olan, səbatsız rəsmi İrəvan özü-özlüyündə təhlükə mənbəyidir. Bu baxımdan aprelin 5-də Brüsseldə ABŞ-nin dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və baş nazir Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün də regional əhəmiyyətinin olacağına şübhə artırır. Çünki bu tədbirlə bağlı ikili məlumat yayıldı. Əvvəlcə, onu “Ermənistanın təhlükəsizliyi ilə bağlı paktın” imzalanacağı kimi təqdim etdilər. Ancaq etirazlardan sonra tədbirin Ermənistanla iqtisadi əlaqələrin güclənməsinə həsr olunduğuna dair açıqlama verildi.

Odur ki, Qərbin Ermənistanla əlaqələri regionun gələcəyi, sabitliyi, təhlükəsizliyi təhdid baxımından da müəyyən cavabı hələ verilməyən sualların yaranmasına səbəb olur.

Ermənistan qonşu ölkələr, xüsusi ilə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyib. Başqa sözlə ölkə konstitusiyasında bu iddialar qalır. Belə bir ölkə ilə hərbi sahədə əməkdaşlığın perspektivi narahatlıq doğurmaya bilməz.

Ermənistanla Azərbaycanın İrana yanaşmasında da ziddiyyətli məqamlar var. Rəsmi İrəvanın qərblə əməkdaşlığı Tehranı heç qıcıqlandırmır. Məsələn, ABŞ hərbçilərinin bu ölkəyə səfərinə rəsmi Tehran və ona bağlı KİV münasibət bildirməyib. Yəqin heç bildirməyəcək də. Sanki İran Ermənistanın ABŞ-la əməkdaşlığını alqışlayır və ona bu istiqamətdə dəstək belə verir. Elə Ermənistanın da İranla əməkdaşlığı, Qəzzaya, Suriyadakı Bəşşar Əsəd rejiminə yardımı ABŞ tərəfdən qınanılmır. Əksinə, Tehran və Vaşinqton İrəvanla əlaqələri daha da genişləndirirlər.

Ötən gün İranın Suriya paytaxtı Dəməşqdəki konsulluğuna hava zərbəsi endirilib. İslam Respublikasının deputatı Cəlal Rəşidi Kuci “X” hesabındakı yazıda Azərbaycanı hədələyib: “Sionistlərin" (İsraili nəzərdə tutur-red.) region ölkələrindəki diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı səfirliyinin açıq və birbaşa hədəfə alınmasını təklif edirəm”.

Kuci İranın çoxsaylı nəzarət qurumlarının süzgəcindən keçəndən sonra deputat olub. O, hakimiyyətin yürütdüyü siyasi xəttin təbliğatçılarındandır. Bu baxımdan rəsmi Tehran onun pozucu fikirlərinin məsuliyyətinə şərik də sayıla bilər.

Yeri gəlmişkən, Azərbaycan Tehrandakı səfirliyinə terror hücumundan bir il 2 ay 6 gün keçib. Ancaq indiyədək bu cinayəti törədənlər cəzalanmayıb.

Bu, İran rəhbərliyinin Azərbaycana münasibətidir.

ABŞ başda olmaqla Qərb bloku, habelə İsraillə əməkdaşlığına görə İran hakimiyyəti Azərbaycana etiraz edir, yaxud Kuci kimi deputatlar, siyasi şərhçilər vasitəsilə anti-Azərbaycan bəyanatlar səsləndirir. Amma Ermənistana oxşar münasibət göstərilmir.

Odur ki, İran və ABŞ arasında İrəvanla bağlı gizli, yaxud aşkar əməkdaşlıq olduğuna ciddi şübhə yaranır. Nə qədər təzadlı olsa da regionda ABŞ-Ermənistan-İran xəyali üçlüyünün obrazı yaranır.(Report)
Сегодня, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
Сегодня, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
Сегодня, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
Сегодня, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
Сегодня, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
Сегодня, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Сегодня, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
Сегодня, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
Сегодня, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
Сегодня, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
Вчера, 16:13
Yeni nazir onları işdən çıxardı
Вчера, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
Вчера, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Вчера, 14:11
Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?
Вчера, 13:14
Ramin Məmmədovun deputat mandatı ləğv edilir - Boşalan yerlərin sayı 10-a ÇATIR
Вчера, 12:15
Prezident TDT-yə üzv dövlətlərin dini rəhbərləri qəbul edib - FOTO
Вчера, 11:31
Builki qabiliyyət imtahanları keçən ildən fərqli olacaq - DİM-dən AÇIQLAMA
Вчера, 11:01
Azərbaycan lideri: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik
Вчера, 10:20
İlham Əliyev Forumun açılışında iştirak edir - Canlı
Вчера, 09:44
Bu gündən sağlamlıq haqqında arayışlar elektron formada verilir
Вчера, 09:07
Günün qoroskopu: işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin
Вчера, 08:37
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
30-04-2024, 15:22
Göyçayda atasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
30-04-2024, 14:30
Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var
30-04-2024, 13:48
Külək güclənəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
30-04-2024, 13:01
Brenda Şaffer: Azərbaycan yəhudi icmasının müsəlman dünyasındakı ən böyük evidir
30-04-2024, 12:37
İtkin düşmüş şəxslərin qalıqlarının yerinin müəyyənləşdirilməsi üçün görüləcək işlər açıqlanıb