Ermənistanın etirafı - Aİ monitorinq missiyasının sükutu - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 26
12 апр 2024 | 14:19
Ermənistanın etirafı - Aİ monitorinq missiyasının sükutu - ŞƏRH

Ermənistan Azərbaycanla şərti sərhədi pozduğunu yenə etiraf edib

Aprelin 10-da, saat 15:20 radələrində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub. Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Hadisə baş verən gün Azərbaycan hadisəni Ermənistan hərbçilərinin törətdiyi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmışdı. Bu pozuntuya görə məsuliyyəti rəsmi İrəvanın daşıdığı bildirilmişdi.

Bu gün Ermənistanın İstintaq Komitəsi baş verən hadisədən təəssüfləndiklərini bəyan edib. Baxmayaraq ki, hadisənin məsuliyyətini üzərindən atmaq, özünü obyektiv göstərmək üçün həmin tarixdə İrəvan Azərbaycana hadisəni birgə araşdırmağı təklif etmişdi. Ölkənin İstintaq Komitəsi isə aprelin 12-də açıqlama yayaraq atəşi öz sərhədçilərinin açdığını və fakt üzrə cinayət işinin başladıldığına dair rəsmi məlumat yayıb.


Bu hadisə Ermənistanın sərhədyanı bölgədə atəşkəsi pozması ilə bağlı Azərbaycanın narahatlığını bir daha təsdiqləyir.

Qeyd edək ki, bu il fevralın 12-də də saat 13:37 radələrində Ermənistan-Azərbaycan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Azərbaycan DSX-nin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılmışdı. Ermənistanın təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanmışdı.

Ermənistanın sərhədyanı bölgədə atəşkəsi pozması faktını onda rəsmi İrəvanla yanaşı, ABŞ Dövlət Departamenti və Avropa İttifaqı da etiraf etmişdi.

Rəsmi Bakı sərhədyanı bölgədə erməni hərbçilərin atəşkəsi pozduğuna dair dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Ancaq indiyədək pozuculuq fəaliyyətinə görə, rəsmi İrəvan tənbeh olunmayıb. Əksinə, belə təcavüzkar fəaliyyət göstərən Ermənistana hərbi texnika və təlimçilər göndərilir. Bununla da onun perspektivdə Cənubi Qafqazda destruktiv fəaliyyətinə indi də dəstək verilir. Başqa sözlə, bu ölkəni pozuculuq fəaliyyəti ilə region dövlətlərini, xüsusilə Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyini təhdid etmək üçün sanki indidən hazırlayırlar.

Hadisə sübut edir ki, Fransa və Ermənistanın təşəbbüsü ilə sərhədyanı bölgəyə yerləşdirilən Avropa İttifaqının mülki monitorinq missiyası mandatına uyğun fəaliyyət göstərmir. Bu qurum hər iki hadisədən sonra Ermənistanın sərhədyanı bölgədə atəşkəsi pozduğuna dair açıqlama yaymadı. Halbuki, onun missiyası bu kimi halları vaxtında qeydə alıb, uyğun açıqlamalar yaymaqdır. Belə çıxır ki bu qurum ancaq Azərbaycana qarşı fəaliyyət göstərir.

Ermənistan hərbçilərinin, mülki monitorinq missiyasının və beynəlxalq ictimaiyyətin sərhədyanı olaylara sükutla yanaşması rəsmi Bakının İrəvana etimad göstərməməsinə də əsas verir. Azərbaycanın Ermənistandan yeni təhlükənin yaranacağına dair narahatlığını bu hadisələr bir daha təsdiqləyir. Məlum olay iki ölkə arasında normallaşma prosesinə zərbə vurur. Rəsmi Bakının təhlükəsizliklə bağlı tədbirlərinin doğruluğu isbatlanır.
15-05-2024, 12:29
Sabah Bakıda və bölgələrdə 20 dərəcə isti olacaq
15-05-2024, 11:35
Biləsuvarda ağır qəza, ölən və yaralılar var - YENİLƏNİB
15-05-2024, 11:08
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıb
15-05-2024, 10:24
Azərbaycanda respondentlərin yarıdan çoxu atalıq məzuniyyəti hüququna müsbət yanaşır - HESABAT
15-05-2024, 09:36
Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
15-05-2024, 09:03
BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr
15-05-2024, 08:47
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
14-05-2024, 15:44
Blinken Ukraynaya, köməkçisi isə Gürcüstana gəldi – ABŞ nədən narahatdır?
14-05-2024, 15:16
Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"
14-05-2024, 14:33
Hakan Fidan Türkiyə ilə Yunanıstan arasında terrorla mübarizə sahəsində əməkdaşlığın güclənə biləcəyini deyib
14-05-2024, 14:00
Prezident: Azərbaycan öz milli maraqları əsasında siyasət həyata keçirir
14-05-2024, 12:28
DİN-dən kibertəhlükəsizliklə bağlı - Müraciət
14-05-2024, 12:01
Futbolçular hakimə yaxınlaşarsa cəzalanacaq - UEFA-dan yeni qərar
14-05-2024, 11:05
“Trendyol Azərbaycan” daşıma qiymətlərini qaldırdı - Açıqlama
14-05-2024, 10:29
Azərbaycan XİN-dən İsrailə təbrik
14-05-2024, 09:55
Konfrans Liqasının finalının hakimləri bəlli oldu
14-05-2024, 09:20
Pərviz Şahbazov: “Azərbaycandan Avropaya 4 milyard kubmetrdən çox qaz ixrac olunub”
14-05-2024, 08:49
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
13-05-2024, 15:41
Bernard Devit: Qazaxıstanın Bakı ilə İrəvan arasında sülh prosesini dəstəkləmək təşəbbüsünü alqışlayırıq
13-05-2024, 15:15
Borreldən Gürcüstandakı vəziyyətlə bağlı bəyanat vermək istənilib
13-05-2024, 14:44
I Qarabağ müharibəsinin şəhidi dəfn edildi
13-05-2024, 13:58
Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
13-05-2024, 13:21
Gürcüstandakı xaosda “FRANSIZ BARMAĞI” – Paris qonşu ölkəni qarşıdurmaya sürükləyir...
13-05-2024, 12:54
“Avroviziya – 2024”də Azərbaycana səs verən ÖLKƏLƏR - SİYAHI
13-05-2024, 11:10
Prezident qəbul keçirdi
13-05-2024, 10:35
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
13-05-2024, 09:49
Baş katib: ICESCO üzv ölkələrdə elmi-tədqiqat təcrübəsinin inkişafına sərmayə yatırmağa çalışır