Fransanı yamsılayan Niderland: Amsterdam Bakıdan üzr istəməlidir - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 7
18 сен 2024 | 14:36
Fransanı yamsılayan Niderland: Amsterdam Bakıdan üzr istəməlidir - ŞƏRH


Bir sıra Avropa ölkələrində Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv yanaşma davam edir. Artıq qeyri-adekvat ritorikalara qarşı rəsmi Bakıda immunitet yaranıb.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıq yaranıb. Əsas problemlərindən birini həll edərək ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün regionda və beynəlxalq müstəvidə öz sözünü deyən, öz müstəqil siyasətini yeridən aktorlardan birinə çevrilib.

Görünən odur ki, bəzi Avropa ölkələri bunu həzm edə bilmirlər. Belə dövlətlərdən biri də Niderlanddır. Belə ki, bir müddət əvvəl Qarabağdan erməni sakinlərin guya məcburi çıxarılması"nı bəyan edən Niderland parlamentinin ardınca bu dəfə ölkə hökuməti Azərbaycana qarşı birmənalı ədalətsiz mövqe nümayiş etdirib. Belə ki, sentyabrın 13-də Niderland hökumətinin saytında dərc edilmiş xarici siyasət proqramında Qarabağ ələ keçirilmiş region kimi təqdim edilib və "Dağlıq Qarabağ" kimi qeyd edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məsələyə münasibət bildirərək deyib ki, Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir.

Ayxan Hacızadə

O qeyd edib ki, bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir:

"Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi. Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub".

A.Hacızadə vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılması qətiyyən doğru deyil:

"Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik. Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq".

Hər şeydən əvvəl deməliyik ki, bu, Niderlandın Azərbaycana qarşı hörmətsizliyidir. Çünki Azərbaycan ərazisində “Dağlıq Qarabağ” deyilən inzibati ərazi vahidi yoxdur. Bunu rəsmi Bakı dəfələrlə bəyan edib.

Eyni zamanda, bu, həm də beynəlxalq hüquqa qarşı hörmətsizlikdir. Çünki BMT-nin Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlarda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.

Bu, bir daha onun təzahürüdür ki, başqa vaxt beynəlxalq hüquq, demokratiya adı altında öz siyasətlərini yeridən, digər oyunçulara irad tutmağa çalışan Niderland kimi dövlətlər lazım gələndə özləri beynəlxalq hüququ görməzdən gəlir, digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinmirlər. Bu, dünyadakı ikili standartların ən bariz nümunələrindən biridir.

Beləliklə, Qərbin ritorikasını belə ifadə etmək olar: “Mən dediyimi et, mən etdiyimi etmə”. Halbuki o dövr artıq geridə qalıb. Qərb institutları və dövlətləri özlərinə olan etimadı, inamı getdikcə itirirlər. Bunun əsas səbəbi isə məhz onların qeyri-adekvat davranışları ilə bağlıdır.

Avropa dövlətlərinin, Qərb təşkilatlarının Azərbaycanla bağlı aqressiv, haqsız ritorikaları faktiki olaraq “güzgü effekti” verir və ikitərəfli münasibətlərə mənfi təsir edir. Əsas qayəsi Cənubi Qafqazda təsir imkanlarını artırmaq olan Qərb əslində regionun ən ciddi siyasi aktoru olan Azərbaycanla münasibətləri pisləşdirir. Beləliklə, özünün regiondakı təsir imkanlarından məhrum olur.

Qərb dövlətləri, təşkilatları başa düşməlidirlər ki, bölgədə olmağın yeganə yolu rəsmi Bakı ilə normal münasibətlərdən keçir.

Bütün bunlara görə rəsmi Amsterdam Azərbaycandan üzr istəməlidir. Bu, ikitərəfli münasibətlərdəki gərginliyin perspektivdə artmasının qarşısını ala bilər. Əks halda isə itirən Niderland olacaq.(Report)
Сегодня, 16:31
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub
Сегодня, 15:50
Prezident Xankəndiyə getdi
Сегодня, 15:31
İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub
Сегодня, 14:29
Lukaşenko: Qərb müşahidəçiləri seçkilərə əvvəlcədən hazırlanmış qərarlarla gəliblər
Сегодня, 14:02
DYP hava şəraiti ilə bağlı müraciət etdi
Сегодня, 12:46
20 sentyabr iş günüdür? - Rəsmi açıqlama
Сегодня, 09:33
Neftin bu günə olan qiyməti
Сегодня, 08:58
ABŞ: İran hakerləri Trampın seçki kampaniyası sənədlərini oğurlayıb
Вчера, 19:32
USAİD, senator və konqresmenlər ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına qarşı – ANALİZ
Вчера, 19:02
İstintaq Komitəsi: “Wildberries”in ofisində atışma nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb
Вчера, 18:37
Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev həbs edilib - YENİLƏNİB
Вчера, 17:54
Naxçıvanda mədəniyyət nazirinin müavinlərinin sayı artırıldı
Вчера, 16:48
Ərdoğan: Türkiyə konstitusiya dəyişikliyi məsələsində qərarlıdır
Вчера, 15:17
Rus hakerlər Ermənistanı hədələdi: Ya 2.5 milyon verin, ya da...
Вчера, 14:36
Fransanı yamsılayan Niderland: Amsterdam Bakıdan üzr istəməlidir - ŞƏRH
Вчера, 13:03
KTMT Baş katibi: Ermənistanla dialoqa hazırıq
Вчера, 12:37
Noyabrda ardıcıl 6 gün iş olmayacaq
Вчера, 11:35
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır
Вчера, 11:00
Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
Вчера, 10:31
I Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək
Вчера, 10:13
Payız Azərbaycana bu tarixdə daxil olacaq
Вчера, 09:30
Azərbaycanda TOYDA QƏTL: kişini döyüb öldürdülər
Вчера, 09:06
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB
17-09-2024, 18:43
Baş idarədən əməliyyat: saxlanılanlar var
17-09-2024, 18:03
Rutdan Ukrayna da imtina edib: Başdanxarab imiş...
17-09-2024, 17:48
Prezident bu rayonların icra başçılarını dəyişdi
17-09-2024, 15:39
Paytaxtın məşhur qapıları bərpa olunur - FOTO