Ağadadaş Ağayev məhkəmədə: Azərbaycanın Xalq artisti kimi bunu özümə yaraşdırmıram - YENİLƏNİB
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ağadadaş Ağayev ifadə verib.
O bildirib ki, hadisədən əvvəl həmin klinkada əməliyyat olunub:
"Qulağımdan əməliyyat olundum. Qəza keçirəndə telefonum da qırılmışdı. Ağrıkəsicilər vururdular. Sonradan ağrılarım çoxaldı, qulağımda qanaxma olurdu. Mən evin terrasına çıxdım, xəstəxana yolun əks istiqamətində idi. Yuxarıdan mühafizəçiyə müraciət etdim ki, xəstəxanaya desinlər, mənə kömək eləsinlər. Bu şəxsə dedim ki, əməliyyat edən şəxslərdən kimisə çağırsın, mənə yardım göstərilsin.
Bunun mənə cavabı pis oldu. Dedi ki, sən kiməsə əmr eləməyə öyrənmisən, qudurmasan-falan... Mən anında reaksiya vermədim, bir az səbrimi basdın. Bu, mənim pisimə gəldi. Gözünü yumub, ağzını açdı. Artıq elə söz dedi ki, aşağı düşməli oldum. Gördüm ki, bu mənim qapımın ağzındadır. Bunu uzaqlaşdırdılar. Xəstəxananın qarşısından keçdi yolun o biri tərəfinə. Bir də eşitdim ki, səsi gəlir. Məni təhrik elədi ki, çıx bayıra.
Bu ikinci dəfə gələndə hiss elədim ki, əlində nəsə alət var. Mən də ehtiyat üçün rəngli baltanı götürdüm. Onu balta ilə vurmaq niyyətim olmayıb, əgər olsaydı, qapımın ağzında vurardım. O məni elə həddə çatdırdı ki, bu hadisə baş verdi. Buna dedim uzaqlaş, getmədi, ona görə baltanı atdım. Məni bu hadisəyə təhrik elədi, dedi kişisənsə, çölə çıx. Anesteziyanın təsirindəydim, əlbəyaxa olacağımıza inanmırdım.
Sonradan dalaşmağa başladıq. Dəmir parçasını götürüb, birinci zərbəni mənə vurdu. Amma yıxılmadım. Gördüm ki, "dubinka" ilə yaramın üstündən vurdular. Orada daha iki nəfər var idiI, guya bizi aralayırdılar. Mən "dubinka"nın zərbəsindən yıxıldım. Yıxılandan sonra da məni vurmağa başladılar. Necə insandırlar ki, yıxılanı belə vururdular. Adamın gərək insaniyyəti olsun. Belələrindən insan olmaz. Nəhayət bizi aralaşdırdılar. Xəsarətlər alıb evimə gəldim".
A.Ağayev bildirib ki, bu hadisə ona qarşı düşünülmüş bir addımdır:
"Hadisədən sonra düşüdüm ki, bu mənə qarşı əvvəldən hazırlanmış məsələdir. Mən heç xəsarət alan qadını görməmişəm. Heç baltanın ona dəydini bilməmişəm. Baltanı atanda əsəbdən insanlıqdan çıxmışdım. Mən Nurəddini vurmaq istəsəydim, qapımın ağzında onu vurardım. Kamera görüntülərinə baxsaz görərsiniz ki, o məsafədən balta ilə kimisə vurmaq olmaz. Dalaşdandan sonra bir nəfər mənə köməklik edib, evə qədər gətirdi. Mənə qarşı çox haqsızlıq olub. Mən özümə bu hadisəni törədərəm. Azərbaycanın xalq artisti kimi bunu özümə yaraşdırmıram"
Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
MƏLUMAT YENİLƏNİR
13:46
Xalq artisti Ağadadaş Ağayevin balta atdığı “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işinin materialları Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Elçin Ağayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 16-a təyin edilib.
Qeyd edək ki, N.Cəlilova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, bu hadisə ilə bağlı Ağadadaş Ağayev barəsində də cinayət işi var. Onun cinayət işi ayrıca icraatda hazırda Binəqədi rayon Məhkəməsində baxılır.
Сегодня, 12:44
Juninyo ən çox qol vuran futbolçuların siyahısında
Сегодня, 12:04
Prezident Mövlud Çavuşoğlunu qəbul etdi - Foto
Сегодня, 11:25
Ucqar kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaradılacaq
Сегодня, 10:41
Ceyhun Bayramov Maltaya getdi
Сегодня, 09:59
Rektorun qızını aldadıb qızıllarını aldılar
Сегодня, 09:30
Cənubi Koreyada kütləvi istefalar başladı
Сегодня, 08:46
Onlar Şuşaya qayıdırlar - Foto
Вчера, 16:30
Zakir Həsənov türkiyəli generalla görüşdü - Fotolar
Вчера, 15:57
Ağadadaş Ağayev məhkəmədə: Azərbaycanın Xalq artisti kimi bunu özümə yaraşdırmıram - YENİLƏNİB
Вчера, 15:25
“Zurabişviliyə siyasi sığınacaq verməyə hazırıq”
Вчера, 14:54
Qərbin qərəzi: Uğursuz konfranslara yumulan gözlər COP29-da bərəldi - ŞƏRH
Вчера, 14:31
Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü
Вчера, 13:23
Azərbaycan COP16 Bürosuna üzv seçildi
Вчера, 12:34
Sabah hava necə olacaq?
Вчера, 12:10
AMEA-nın vitse-prezidenti: Gənc alimlər islam dünyasında elmi yüksək səviyyədə təmsil etməlidirlər
Вчера, 11:03
BMT rəsmisi: Əlilliyi olan şəxslərin rifahının təmin edilməsi hər birimizin üzərinə düşən vəzifədir
Вчера, 10:41
Azərbaycan Kubokunda 1/8 final start götürür
Вчера, 09:47
Sumqayıtda 3 nəfər ağır yanıq xəsarətləri alıb - Video
Вчера, 09:10
Novxanıda partlayış olub, yaralananlar var
Вчера, 08:30
Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI
2-12-2024, 16:13
Suriyada “Ərəb baharı”nın davamı - Bəşşar Əsəd gedə bilər - ŞƏRH
2-12-2024, 15:27
Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi
2-12-2024, 14:36
Bəşər Əsəd Ərdoğanın təklifini qəbul edə bilər
2-12-2024, 13:42
Azərbaycan deputatları Ermənistana GEDƏCƏK?
2-12-2024, 11:34
Gürcüstanda yeni hökumətin ilk iclası başlayıb
2-12-2024, 10:56
Tbilisidə 100-dən çox polis xəsarət alıb
2-12-2024, 10:26
Sumqayıtda ər arvadını bıçaqladı