Paşinyan Putindən QIRILA BİLƏCƏKMİ... - Görünəni odur ki...
Siyasət
Oxunub: 82
14 фев 2023 | 14:22
“Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün təşkili üçün Ermənistan tərəfinin heç bir ilkin şərti yoxdur”.

Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı Sarkis Xandanyan belə deyib.

“İrəvan hər hansı vasitəçinin təkliflərini nəzərdən keçirməyə hazırdır və Tiflisin səyləri müsbət qiymətləndirilir”, - deyə o bildirib.

“Ermənistan tərəfinin iştirakı konkret andakı vəziyyətdən, görüşün gündəliyindən asılıdır”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da ilkin şərtlər irəli sürmədən və konkret tarixlər göstərməyərək, bu Rusiyanın vasitəçiliyi ilə üçtərəfli formatda görüşün uyğun anda baş tutacağını istisna etməyib.

Lakin real vəziyyətin təhlili əslində, Ermənistanın Azərbaycanla münasibətlərin tənzimlənməsi ilə bağlı Rusiyanın təşkil etdiyi görüşdə iştirakda maraqlı olmadığını göstərir.

Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Arman Yeqoyanın açıqlaması Ermənistan və Rusiya arasında ciddi fikir ayrılığının olduğunu sübut edir.

Deputat hesab edir ki, üçtərəfli danışıqların baş tutmasına Laçın dəhlizinin açılması müsbət təsir göstərə bilər. İrəvan vaxtaşırı Rusiya tərəfinə dəhliz boyu fasiləsiz hərəkəti təmin etməyin onun öhdəliyi olduğunu xatırladır.

Xatırladaq ki, ötən ilin dekabr ayında keçirilən üçtərəfli görüşlərdən birində Ermənistan tərəfi Laçın-Xankəndi yolunun bağlanmasına etiraz olaraq iştirak etməyib. Yəni Rusiyanın bu məsələdə müşahidəçi mövqeyi tutmasına Ermənistan rəsmi Moskvanın danışıqlar prosesində vasitəçiliyindən imtina etməklə etirazını bildirir.

Bu baxımdan, Laçın-Xankəndi yolu açıqlana qədər Rusiyanın vasitəçiliyi ilə üçtərəfli müzakirələrin baş tutacağına şübhələr var. Çox güman ki, Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovayevin fevralın 9-da İrəvana səfəri də Moskvanın moderatorluğu ilə danışıqları bərpa etməyin vacibliyinə Paşinyan hökumətini inandırmaq məqsədi daşıyıb.

Lakin Paşinyanın hazırki mərhələdə daha çox Qərblə diplomatik təmaslara üstünlük verməsi Xovayevlə razılığın əldə olunmadığını deməyə əsas verir. Rusiyalı diplomatın İrəvana yeni təkliflərlərlə gəldiyi də istisna olunmur. Ancaq mövcud situasiyada Moskvanın təkliflərini qəbul etməyə hazır görünmür. Paşinyan hakimiyyəti ABŞ-Azərbaycan-Ermənistan üçtərəfli formatında fəal müzakirələr aparmaq və Avropa İttifaqı issiyasını Ermənistana dəvət etməklə danışıqlarda Rusiyanın vasitəçiliyinə qarşı manipulyasiya edir.

Xovayev Moskvaya qayıtdıqdan sonra Ermənistan və Rusiya xarici işlər nazirləri arasında Ermənistan tərəfinin təşəbbüsü ilə telefon danışığı olub. Rusiya tərəfi Ermənistan-Azərbaycan danışıqlarının tezliklə bərpasının vacibliyini vurğulayıb. Bununla bağlı rəsmi məlumatda nazirlərin Laçın dəhlizinin açılması məsələsinə toxunduğu qeyd edilir.

Görünür, Ararat Mirzoyan Rusiyanın danışıqlara ev sahibliyi etmək üçün Laçın-Xankəndi yolunun açılmasına dair şərtini növbəti dəfə Sergey Lavrova çatdırıb. Lakin Rusiya tərəfinin telefon danışığı ilə bağlı açıqlamasında dəhlizlə bağlı heç nə deyilməməsi bu məsələdə hər hansı razılığın əldə olunmadığını təsdiq edir.

Güman ki, bunun ardınca Ermənistan və Rusiya müdafiə nazirlərinin telefon danışığı zamanı Suren Papikyan Laçın yolunda sülhməramlı qüvvələrin öz missiyasının “öhdəsindən gəlmədiyi”nə dair narazılığını Sergey Şoyquya çatdırıb. Buna baxmayaraq, tərəflərin bu məsələdə də hər hansı razılıq əldə etdiyi barədə məlumat yoxdur.

Xovayev Moskvaya dönməmiş ABŞ Dövlət katibinin köməkçisinin müavini Karen Donfridin Ararat Mirzoyana zəng edərək Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsini, həmçinin Laçın-Xankəndi yolundakı vəziyyəti müzakirə etməsi diqqəti cəlb edir. Rusiya ilə Ermənistan arasında narazılığın artması fonunda Donfridin Laçın yolunun bağlanması barədə söhbət aparması daha çox Vaşinqtonun təşəbbüsü ələ almaq niyyətindən xəbər verir.

Ermənistan Rusiyanın vasitəçiliyi ilə danışıqların keçirilməsinə razı olduğunu bildirsə də, faktiki olaraq Laçın yolu məsələsini gündəmə gətirməklə ilkin şərt irəli sürür. Ona görə də Rusiyanın iştirakı ilə üçtərəfli formatın tezliklə baş tutacağı real görünmür. Bu baxımdan, hazırda ABŞ-ın diplomatik fəallığı daha çox müşahidə olunur. Rusiyanın vasitəçilik missiyasını yenidən ələ almaq səyləri nəticə vermədiyindən Qərb bir addım önə çıxıb.

Azərbaycan və Ermənistan arasında danışıqların Gürcüstanda keçirilməsinə dair təkliflərin meydana çıxması da məhz Qərbin təşəbbüsü sayıla bilər. ABŞ Azərbaycanın və Ermənistanın öncə xarici işlər nazirləri, sonra isə liderlər səviyyəsində görüşünü təşkil etmək istəyir ki, bunun üçün Tiflis daha münasibə məkan sayılır. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın da Tiflisə səfəri zamanı Azərbaycan və Ermənistan arasında danışıqların Gürcüstanda keçirilməsini təklif etməsi bu məsələdə Vaşinqtonla Brüsselin mövqeyinin üst-üstə düşdüyünü təsdiq edir.

Erməni deputat Sarkis Xandanyanın həm Rusiyanın vasitəçiliyinə, həm də Gürcüstanda danışıqların aparılmasına müsbət yanaşması rəsmi İrəvanın Moskvanın ev sahibliyinə alternativ kimi Tiflisi gördüyünə işarədir. Kremlin səyləri boşa çıxdığından növbəti müzakirələrin Gürcüstan paytaxtında baş tutması ehtimalı artır.
Вчера, 15:49
Xaməneinin zəvvarlara çağırışı – Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ
Вчера, 15:28
Prezidentlə xanımının adından rəsmi nahar verildi
Вчера, 15:07
Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
Вчера, 14:32
Rasim Balayev qonararlarla bağlı Əli Əsədova məktub YAZDI
Вчера, 14:06
Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək
Вчера, 13:32
Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb
Вчера, 12:49
Zaxarova: Fransa hərbçiləri Ukraynada peyda olarlarsa, ordumuzun hədəfinə çevriləcəklər
Вчера, 12:24
Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olub
Вчера, 11:22
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Вчера, 10:31
Paşinyandan yeni addım - Qriqoryan kilsəsinin müstəsnalığını əllərindən alır
Вчера, 09:46
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA
Вчера, 09:22
Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək
Вчера, 08:56
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
7-05-2024, 16:32
Təhsil müəssisəsində 250 min manatlıq YEYİNTİ
7-05-2024, 15:34
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib
7-05-2024, 15:02
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
7-05-2024, 14:33
İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir
7-05-2024, 13:15
Putin and içdi - Canlı - Yenilənir
7-05-2024, 12:44
İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
7-05-2024, 11:59
İsrail Rəfah keçid məntəqəsinə nəzarəti ələ keçirib
7-05-2024, 11:16
NATO qoşunları UKRAYNADA – Bəşəriyyət III Dünya Savaşına SÜRÜKLƏNİR...
7-05-2024, 10:43
Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir
7-05-2024, 10:07
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
7-05-2024, 09:33
Bosfor boğazında gəmi saya oturub
7-05-2024, 08:59
Bakıda tıxac olan yollar - SİYAHI
6-05-2024, 18:04
“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi
6-05-2024, 17:43
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü – Narahat olan Yelisey sarayı - ŞƏRH