Laçın yolunda qurulacaq milli postun əhəmiyyəti - İNCƏLƏMƏ...
Siyasət
Oxunub: 66
7 дек 2022 | 14:22
Azərbaycanla Rusiya arasındakı siyasi gərginlik baxımından nahamarlıq iki ölkənin münasibətlərinin təməlini təşkil edən daşları parçalamayıb, belə demək mümkünsə, müəyyən zamanlardakı söz atışmaları Kremlin sərgilədiyi situativ mövqe və bunun əsasında uzunmüddətli perspektiv qurması ilə əlaqədardır.
Bakı Moskvanın ənənəvi regional və qlobal siyasətinin hansı partlayışlarla nəticələnəcəyini təhlil edir, onu da nəzərə alır ki, Qərblə kəskin hibrid qarşıdurma vəziyyətində olan Rusiya emosiyalarını coşdurmaq üçün müxtəlif regionlara əl uzadacaq.
Moskva Azərbaycanın onun təhdidlərinə boyun əyməyəcəyinə inanır, xüsusilə Bakı-Ankara formatında strateji əlaqələrin dərinləşməsi Rusiyanın Azərbaycana baxışında redaktələr etmək üçün əsaslar verir.
Hazırda Azərbaycan uğrunda qızğın bir mübarizə başlayıb, Qərb Bakını öz orbitində, Rusiya isə geosiyasi ambisiyalarını təmin edən maraqlarının daxilində görmək istəyir.
Azərbaycan belə kəskin çəkişmənin qurbanına çevrilməmək üçün öz müvazinətini saxlayır, hərçənd ki, Bakı nəzəri olaraq Avroatlantik məkanın cəlbediciliyini daha çox dərk edir və bir sıra məsələlərdə bunun praktiki tərəflərini ya açıq, ya da üstüörtülü şəkildə göstərir.
Ancaq Rusiyanın Cənubi Qafqaz regionu üzərindəki dominantlığı saxlamaq cəhdləri praqmatik ideyalara da zərbə vura bilən əmələ çevrilir, bu mənada Bakıya Moskva təhlükəsizlik tablosunu birgə rəngləmək siyasətinin arxa tərəflərini düşünmək lazımdır.
Azərbaycan dövlətinin Qarabağa dair artan təzyiqlər fonunda dirənişləri, Rusiyanın Ukraynadakı müharibə səbəbi ilə taktiki, iqtisadi-siyasi itkilərlə üzləşməsi onu regiona baxış bucağını dəyişdirmək məcburiyyəti ilə üz-üzə qoyur.
Kremlə də, Bakıya da bir-birinə kəskin münasibət bəsləyən qütblərdə dayanmaq yox, qarşılıqlı maraqlara söykənən tərəfdaşlıq lazımdır, elə xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfər edərək həmkarı Sergey Lavrovla görüşü gərginliyə son qoymaq üçün yaxşı indikator oldu.
Açıq demək lazımdırsa, Rusiya hələ öz oturuşmuş xarici siyasət dəst-xəttindən “boşanmayıb”, elə Azərbaycan da Moskvanı bütün parametrlər üzrə ən etibarlı tərəfdaş qismində görməmək üçün çoxlu şübhələrə malikdir.
Bununla belə, Cənubi Qafqazdakı reallıqlar, Zəngəzur dəhlizinə dikilən baxışların sərtliyi və Moskvanın həmin koridor üzərində nəzarəti itirə bilmək qorxusu tərəfləri bir-birinə yaxınlaşdırır, Azərbaycan isə yaranan şəraiti faydalı iş əmsalına çevirir.
Bayramov-Lavrov danışıqları Bakı-Moskva xəttindəki gərginləşən formatı yeni əməkdaşlıq formatı ilə əvəzləmək baxımından xüsusi əhəmiyyət daşıyırdı, görüşdə verilən bəyanatların iliyinin xoşməramlı niyyətlərin ifadəsi kimi görünməsi bir neçə istiqaməti canlandıracaq.
Birincisi, hər iki ölkənin baş diplomatları Azərbaycanla Ermənistanın postmünaqişə dövründəki münasibətlərini mötədil xətlə tənzimləyən üçtərəfli bəyanatların vacibliyinə toxunmaqla həmin sənədlərin baza kimi təsbit olunduğuna işarələr verdilər.
Şübhəsiz ki, burada söhbət təkcə Rusiyanın episentrdə dayandığı bəyanatlardan deyil, eyni zamanda Avropa İttifaqının moderatorluğu ilə ərsəyə gələn sənədlərdən gedir.
Rusiya Avropa İttifaqından narazı deyil, ta o həddə qədər ki, Birlik Azərbaycan-Ermənistan arasındakı vasitəçiliyini ABŞ-nin maraqlarına uyğun şəkildə limitsiz inkişaf etdirsin.
Açıq olmasa da, Rusiya Avropa İttifaqına simvolik də olsa bir dəstək verir və Qərbin bir parçası olan bu təsisatı ABŞ ilə gərginlikdə tarazlaşdırıcı vasitə kimi görür.
İkincisi, Rusiya Türkiyə amilini diqqətdə saxlayaraq Azərbaycanla münasibətdə Bakının maraqlarını hüquqi kontekstdə təmin edən mexanizmlərin tərəfdarı qismində görünməyə məcburdur. Bu istiqamət münasibətlərin ayrıca bir səhifəsini təşkil edir.
Üçüncüsü, İranın regionda qəzəbini pikə çatdırması və Ermənistana arxa-dayaq duran mövqeni gözə soxması Türkiyə, Böyük Britaniya, ABŞ ilə yanaşı, nə qədər qəribə səslənsə də, Rusiyanın da narahatlıqlarını artırır.
Bunu, İranla da yaxşı münasibətləri olsa da, Bakı-Tehran gərginliyində Rusiyanın ikinciyə dəstək verməkdən yayınmasında görmək mümkündür, hərçənd ki, bunu bəzi qlobal oyunlarda da nümayiş etdirir.
Ancaq Rusiyaya Bakı ilə Tehran arasındakı münasibətləri canlandıran körpüləri dağıtmaq yox, onu dirçəltmək sərfəlidir, bu baxımdan Bayramovla Lavrovun müzakirələrində Şimal-Cənub dəhlizinin qabardılması diqqət çəkir.
Görünür ki, Zəngəzur dəhlizini daha çox, Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutunun komponenti kimi görür və tərəfdaşı İranı belə cəlbediciliklə Bakı ilə gərginliyə son qoymağa çağırır.
Azərbaycan isə Zəngəzur dəhlizinin həm Şimal-Cənub, həm də Şərq-Qərb qlobal dəhlizlərinin komponentləri formasında açılmasının tərəfdarıdır və bu Tehran üçün də əlavə imkanlar təqdim edir.
İstənilən halda, Şimal-Cənub dəhlizinin Bakı-Moskva masasının gündəliyini təşkil etməsi İrana da öhdəliklərini icra etmək şərtlərini xatırladır: Yəni İran Rəşt-Astara dəmiryolunun öz ərazisindəki hissəsini tikməlidir, bu, Moskva üçün də vacibdir.
Azərbaycan və Rusiya XİN başçılarının görüşündəki Azərbaycan-Ermənistan gündəmi ilə bağlı digər məqamlara gəlincə, demək olar ki, Moskva yekun sülh müqaviləsini öz profili üzrə təmin etməkdən ötrü Qərb üzərində həlledici rıçaq qazandığının mesajını verir.
Nazirlərin Alma-Ata Bəyannaməsinin vacibliyini əldə bayraq tutmaları bunun sübutudur, lakin Azərbaycan Rusiya ilə danışıqlardan karlı çıxır və bunun əlamətlərini Laçın yolunda Azərbaycanın gömrük postu qurmaq qərarında, Ermənistanla sərhədlərin delimitasiyasına dair gündəliyində Moskvanın Bakıya dəstəyində axtarmaq lazımdır.
Beləliklə, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdıqları ərazilərində ermənilərə status məsələsinin üstündən qalın bir xətt çəkən prosesin yeni mərhələsini başlatdı, Gorus-Xankəndi yolunda milli postun qurulması isə bir neçə proqnoz üçün açardır.
Gömrük postu o deməkdir ki, Azərbaycan öz ərazilərinə giriş-çıxışa nəzarət etməklə oradan keçən vətəndaşların pasportlarını yoxlayacaq. Hesab etmək olar ki, Bakı ilə Moskva bu məsələni müzakirəyə çıxarıb və ya çıxaracaq.
Qarabağdakı separatçı ünsürlərin hazırladıqları saxta pasportlara möhür vurulmayacaq. Yəni Qarabağdakı ermənilər ya Azərbaycan, ya da Ermənistan pasportunu daşımalıdırlar. Azərbaycan ərazisində vətəndaş kimi yaşamaq istəyən ermənilər mütləq öz qondarma pasportlarından imtina etməli və Bakının norma və standartları əsasındakı pasportlara sahib olmalıdırlar, yox, Ermənistan pasportu daşımaq istəyirlərsə, o zaman xarici vətəndaş kimi tanınacaqlar.
Hər halda, Laçın yolunda milli postumuz qurulsa, bu, Qarabağdakı ermənilərin Azərbaycan ictimai-siyasi həyatına inteqrasiyasını sürətləndirəcək.
Aqşin Kərimov - DİA.AZ
15-05-2024, 12:29
Sabah Bakıda və bölgələrdə 20 dərəcə isti olacaq
15-05-2024, 11:35
Biləsuvarda ağır qəza, ölən və yaralılar var - YENİLƏNİB
15-05-2024, 11:08
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıb
15-05-2024, 10:24
Azərbaycanda respondentlərin yarıdan çoxu atalıq məzuniyyəti hüququna müsbət yanaşır - HESABAT
15-05-2024, 09:36
Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
15-05-2024, 09:03
BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr
15-05-2024, 08:47
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
14-05-2024, 15:44
Blinken Ukraynaya, köməkçisi isə Gürcüstana gəldi – ABŞ nədən narahatdır?
14-05-2024, 15:16
Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"
14-05-2024, 14:33
Hakan Fidan Türkiyə ilə Yunanıstan arasında terrorla mübarizə sahəsində əməkdaşlığın güclənə biləcəyini deyib
14-05-2024, 14:00
Prezident: Azərbaycan öz milli maraqları əsasında siyasət həyata keçirir
14-05-2024, 12:28
DİN-dən kibertəhlükəsizliklə bağlı - Müraciət
14-05-2024, 12:01
Futbolçular hakimə yaxınlaşarsa cəzalanacaq - UEFA-dan yeni qərar
14-05-2024, 11:05
“Trendyol Azərbaycan” daşıma qiymətlərini qaldırdı - Açıqlama
14-05-2024, 10:29
Azərbaycan XİN-dən İsrailə təbrik
14-05-2024, 09:55
Konfrans Liqasının finalının hakimləri bəlli oldu
14-05-2024, 09:20
Pərviz Şahbazov: “Azərbaycandan Avropaya 4 milyard kubmetrdən çox qaz ixrac olunub”
14-05-2024, 08:49
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
13-05-2024, 15:41
Bernard Devit: Qazaxıstanın Bakı ilə İrəvan arasında sülh prosesini dəstəkləmək təşəbbüsünü alqışlayırıq
13-05-2024, 15:15
Borreldən Gürcüstandakı vəziyyətlə bağlı bəyanat vermək istənilib
13-05-2024, 14:44
I Qarabağ müharibəsinin şəhidi dəfn edildi
13-05-2024, 13:58
Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
13-05-2024, 13:21
Gürcüstandakı xaosda “FRANSIZ BARMAĞI” – Paris qonşu ölkəni qarşıdurmaya sürükləyir...
13-05-2024, 12:54
“Avroviziya – 2024”də Azərbaycana səs verən ÖLKƏLƏR - SİYAHI
13-05-2024, 11:10
Prezident qəbul keçirdi
13-05-2024, 10:35
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
13-05-2024, 09:49
Baş katib: ICESCO üzv ölkələrdə elmi-tədqiqat təcrübəsinin inkişafına sərmayə yatırmağa çalışır